Cənubi Afrikanın paytaxtında tələbələr ödənişsiz təhsil almaq üçün nümayiş keçirirlər. Polis aksiyaya sərt müdaxilə edib.
"Witwatersand" universitetində hökumətin ödənişin artırılması planına etiraz edən tələbələr ilə təhlükəsizlik qüvvələri arasında toqquşma olub, polis gözyaşardıcı qaz və təzyiqli su ilə nümayişçilərə müdaxilə edib.
Cənubi Afrika daxilində etirazlar səbəbindən bir çox universitetdə təhsilə fasilə verilmişdi.
Universitetdən uzaqlaşdırılan bir qrup tələbə isə aclıq aksiyasına başlayıb.
Qeyd edək ki, Cənubi Afrika Respublikasının təhsil naziri 2017-ci ildə təhsil xərclərini artıacağı barədə açıqlama verib. Ötən aydan etibarən tələbələr kütləvi aksiyalar keçirirlər.