"Eurasia Diary" "TASS" - a istinadən məlumat verir ki, Cənubi Afrikada iki qatarın toqquşması nəticəsində ağır qəza baş verib.
Belə ki, hadisə nəticəsində bir nəfər ölüb, 240-dan çox adam yaralanıb.
Təcili-tibbi yardım nümayəndəsi Rassell Merinqin verdiyi məlumata görə, ölən sərnişinlərin sayı 242 nəfərdir.
Qeyd edək ki, qəza dünən gecə Hauten vilayətində Oukmur və Tembiza stansiyaları arasındakı yolda baş verib.
Hələlik, hadisənin baş vermə səbəbləri açıqlanmır.