100 min miqrant Almaniyanı tərk etməli olacaq - Merkel | Eurasia Diary - ednews.net

19 Noyabr, Çərşənbə axşamı


100 min miqrant Almaniyanı tərk etməli olacaq - Merkel

Dünya A- A A+

İlin sonundək 60 min miqrant Almaniyanı könüllü olaraq tərk etməlidir

Bunu Almaniya kansleri Angela Merkel Xristian Demokratik İttifaqı partiyasının regional toplantısında bəyan edib.

Onun sözlərinə görə, ümumilikdə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyanı tərk etməli olacaq: “Onlardan üçdə biri zorla deportasiya ediləcək, 60 min isə müxtəlif humanitar proqramlar çərçivəsində könüllü olaraq vətənlərinə qayıdacaq”.

A.Merkel xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib: “Bütün əfqan oğlan və qızların  Almaniyaya köçməsi qeyri-mümkündür”. 

APA

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...