Yarışın qalibi kim olacaq? Rusiya yoxsa Qərb

Münaqişələr 10:00 02.09.2022
Hazırda iki ölkə arasında kim daha tez sülh müqaviləsini hazırlayacaq yarışı gedir. Bu yarışda hər zamanki kimi iki tərəf bir-birinə rəqib qismindədir - Rusiya və Qərb.
 
Rusiya yenidən öz maraqları çərçivəsində Qarabağda olan prosessləri həll etməyə çalışır. Qərb isə Rusiyanın regionda olan hökmranlığını canlandırmaq və öz gücünə güc qatmağı hədəfləyir. Buradan kim qalib çıxacaq onu zaman göstərəcək. Bəs bu yarış necə başlayıb? 
 
Çox uzun illər öncəyə hələ müharibənin başlamadığı zamanlara nəzər salsaq, görərik ki, sovetin son nəfəsini verdiyi zamanlarda ölkələr bir-bir öz müstəqilliklərini elan edirdi. Azərbaycan və Ermənistanda bu ölkələr sırasına qoşuldu.
 
Bu zaman digər ölkələrdən fərqli olaraq, “Böyük Ermənistan” qurmaq fikirləri ermənilərdə  yenidən cücərməyə başladı. 30 il bundan öncə Sovetin dağılmasından sonra yenidən bu xəyalları üçün ermənilər Azərbaycan kəndlərinə hücumlar etməyə başladı. İlk öncə Ermənistandan deportasiyalar başladı. Daha sonra Dağlıq Qarabağ inzibati ərazisinə qarşı ərazi iddiaları yüksək tribunalardan səsləndirildi. Daha sonra bu çıxışlar tribunadan hərb meydanına keçdi.
 
Dağlıq Qarabağ və ətraf rayonları işğal edən Ermənistan BMT-nin ona qarşı olan qətnamələrini belə icra etməkdən qaçdı.  
 
Qarabağ məsələsinin həlli dedikdə ağlımıza ilk olaraq ATƏT-in Minsk qrupu gəlir. 
 
Bəs bu qrup necə yarandı? 
 
O zamanlar Avropada Təhlüksizlik və Əməkdaşlıq təşkilatı (ATƏT) 1992-ci ilin 24 mart Helsinki görüşündə Minsk konfransının çağırılması qərarını verdi. 1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən toplantıda  həmsədrlik institutu təsis edildi. Minsk prosesinin həmsədrlik institutu təsis olunarkən, ona əvvəlcə Finlandiya ilə Rusiya, daha sonra isə İsveç və Rusiya başçılıq etdi. Həmin illərdə Ermənistan Fransanı, Azərbaycan isə ABŞ-ın həmsədr olması barədə çıxış edirdi. 1997-ci ildən Minsk prosesinə həmsədr qismində ABŞ, Rusiya və Fransa başçılıq etməyə başladı. 
 
Bu qrup siyasi arenada 3 təkliflə yadda qaldı. Bu təkliflərin ikisi Emənistan tərəfindən, biri isə Azərbaycan tərəfindən rədd edildi.  
 
Gələk indiki zamana. Azərbaycan Respublikası prezidenti İlham Əliyev 44 günlük müharibə zamanı və müharibədən sonra ATƏT-in Minsk qrupunun işinin bitdiyini elan etmişdi.  
 
Müharibədən sonra həm Rusiya, həm də Avropa İttifaqı iki ölkə arasında vasitəçilik etməyə çalışır. Kim bu oyundan qalib olacaq dediyimiz kimi onu zaman göstərəcək. Ən əsası region üçün və ölkəmiz üçün uğurlu olmasını diləyirik.
 
Əbülfət Baxşəli
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı