Zaxarova Baydenin bu çıxışını - "ədəbsiz" adlandırdı - ednews.net

29 Sentyabr, Cümə axşamı

(+994 50) 229-39-11

Zaxarova Baydenin bu çıxışını - "ədəbsiz" adlandırdı

Münaqişələr A- A A+
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova ABŞ prezidenti Co Baydenin BMT Baş Assambleyasının 77-ci sessiyasında Rusiya prezidenti Vladimir Putinin nüvə təhlükəsi ilə bağlı çıxışını “ədəbsiz” adlandırıb.
 
Ednews xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
 
Bildirilir ki, Bayden çıxışında Moskvanın "Avropaya qarşı nüvə silahından istifadə etmək üçün açıq-aşkar təhdidlər etdiyini" deyib. Bundan sonra Mariya Zaxarova rus telekanallarının birində Amerika liderinin çıxışını şərh edib. 
 
"ABŞ prezidentinin çıxışına gəlincə, mən bunun nədən başladığını və nəyin əsas istiqamətə çevrildiyini tamamilə nalayiq hesab edirəm. O, çıxışında Rusiya prezidentindən sitat gətirməklə başlayıb. Bu ədəbsizlikdir. Onun bu çıxışı Rusiya prezidentinə qarşı idi". 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...