"Erməni terrorçuları rus sülhməramlıları arasında gizlənir" Türkiyəli generaldan SƏRT AÇIQLAMA

Münaqişələr 16:03 01.12.2022

"Azərbaycan torpaqlarında Rusiya Sülhməramlılarının gözü önündə son 15 gündə terrorçu fəaliyyətlərinin artması, həmçinin Rusiya Müdafiə Nazirliyi tərəfindən Azərbaycan torpaqlarının adlarının dəyişdirilməsi və tərəflər arasında razılaşmaya əks gedərək, Azərbaycanı günahkar çıxartmaq böyük bir təxribatçı planın bir hissəsidir”. 

Bu sözləri türkiyəli sabiq general, hərbi analitik Yücəl Karaüz Ednews-a açıqlaması zamanı deyib. Onun sözlərinə görə erməni separatçılarının Rusiya Sülhməramlı dəstələrinin arasında gizlənməsi əməliyyatlara heç bir maneyə törədə bilməz: 

“O ki, qaldı separatçı dəstələrin sülhməramlılar arasına sızması və onların bayrağı altında təxribatlara əl atması, biz bu cür hadisələrə İraq və Suriyada tez-tez rast gəldik. Hansı ki, oradakı terrorçu qruplaşmalar hər zaman Rus və ya Amerika bayrağı altında çıxış edərək prosesləri daha ciddi və həssas duruma gətirməyə çalışırlar. 

“Azərbaycan hazırda baş verənlərə qarşı adekvat addımlar atarkən məsələdən kənara çıxmamağa və ən incə məqamnlara diqqət verməyə çalışır. Qeyd edim hazırki durum bir terror hadisəsidir və BMT-nin beynəlxalq hüquq üzrə  51-ci maddəsinə uyğun olaraq Azərbaycanın öz torpaqları və ərazisindən kənarda belə terrora qarşı mübarizə aparmaq və ölkəsini müdafiə etmək haqqı vardır.  

Təbii ki, əgər burada bir Azərbaycan əsgərinin burnu belə qanayarsa bunun qarşılıqlı cavabı artıqlaması ilə verilməlidir. Yəni bir güllə atılan yerə cavab olaraq 500 güllə atılacağı heç də istisna edilmir”.  

Sabiq general Rusiya tərəfinin hər hansı müdaxiləsi ilə bağlı belə deyib: 

“Rusiyanın burada Azərbaycana qarşı hansısa hərbi müdaxilə etməsini gözləmirəm. Çünki Rusiya hazırda Ukrayna ilə mücadilədədir, həm də Rusiya Azərbaycan məsələsində Türkiyəni qarşısında görmək istəmir”. 

Ədalət Verdiyev: Günün sonuna qədər düşmənin artan itkiləri barədə yeni  məlumatlar əldə edəcəyik -

Erməni separatçılarının sülhməramlı dəstələr arasında Azərbaycan əsgərinə qarşı silahlı təzyiq göstərməsi ilə bağlı hərbi ekspert Ədalət Verdiyev belə deyib: “Sülhməramlı kontingentin Azərbycana və Azərbaycan əsgərinə qarşı atəş açmasını mən birmənalı olaraq istisna edirəm”.

Ekspert vurğulayıb ki, Rusiya Sülhməramlı kontingentinin erməni separatçı və terrorçularına aktiv dəstəyi əvvəl də vizual olaraq müşahidə olunub. Onun sözlərinə görə,  Rusiyanın Azərbaycana qarşı addım atması Rusiya tərəfinin Qarabağda Azərbaycanın anti-terror əməliyyatlarına hər hansı bir müdaxiləsi Şuşa bəyənnaməsinin işə düşməsinə və proseslərə hətta Türkiyənin də qatılmaını reallaşdıra bilər. 

“Bu isə indiki vəziyyətdə Rusiya üçün heç də arzu olunan deyil. Onsuz da Rusiya Ermənistanı müharibədən əvvəl və müharibə zamanı kifayət qədər silah və sursatla dəstəkləyib. Lakin bu dəstəyin göründüyü kimi heç bir praktiki nəticəsi olmayıb”.   

Ekspert əlavə edib ki, Azərbaycan lazım gəldikdə Fərrux, Quzdux, Sarıbaba, Laçın, Sus və Zabuxun azad edilməsində tətbiq etdiyi hərbi metodlardan bir daha istifadə edə bilər. 

“Qarabağda Sülhməramlıların nəzarətində olan ərazilərdə separatçılara qarşı həyata keçirilən bu metodlar artıq sınaqdan çıxmış metodlardır və kifayıt qədər ciddi nəticə verir”. 

Elnur Ənvəroğlu

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı