Qondarma separatçı rejimdən Bakıda görüş təklifinə CAVAB - ednews.net

22 Mart, Çərşənbə

(+994 50) 229-39-11

Qondarma separatçı rejimdən Bakıda görüş təklifinə CAVAB

Münaqişələr A- A A+
Xankəndindəki separatçı rejim Prezident Administasiyasının Qarabağdakı erməni əhalisi ilə növbəti görüşün Bakıda keçirilməsi təklifinə ermənilərin adından “yox” deyib.
 
Ednews erməni mediasına istinadən xəbər verir ki, separatçılar görüşün yalnız Rusiya sülhməramlılarının vasitəçiliyi ilə keçirilməsi və humanitar, infrastruktur, texniki məsələləri müzakirə etmək istədiklərini bildirib.
 
İddia ediblər ki, “Qarabağ münaqişəsi” hələ də mövcuddur və erməni əhalisinin “hüquq və təhlükəsizliyi beynəlxalq təminatlar olduğu halda mümkün ola bilər”.
 
Qeyd edək ki, növbəti görüşün Bakıda keçirilməsini təklif edən Prezident Administrasiyası iki məsələnin müzakirə ediləcəyini açıqlamışdı: reinteqrasiya və ermənilərin yaşadığı ərazilərdə infrastruktur layihələri.
 
Oğuz
 


Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...