Rusiya sülhməramlıları iddia edir ki, guya Qarabağın Xocavənd rayonunda atəşkəs rejimi pozulub.
Ednews xəbər verir ki, bu barədə informasiyanı Rusiya Müdafiə Nazirliyi (MN) bugünkü informasiya bülletenində yerləşdirib.
Mənbə xəsarət alanların olmadığını qeyd edib.
Bülletendə yenə yer adlarımız təhrif edilib.
İnsidentlə bağlı rəsmi Bakı açıqlama verməyib.