Kremldən Ukraynaya verilən F-16-lara REAKSİYA - ednews.net

4 İyun,

(+994 50) 229-39-11

Kremldən Ukraynaya verilən F-16-lara REAKSİYA

Münaqişələr A- A A+

“F-16 döyüş təyyarələrinin Ukraynaya çatdırılması cəbhədəki vəziyyəti kökündən dəyişməyəcək”. 

Ednews xarici KİV-ə istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə açıqlama verən zaman deyib. 

Peskov Ukraynaya F-16 döyüş təyyarələrinin tədarükü ehtimalını dəyərləndirərərək, bunu risk adlandırıb:

“Bu risk göz qabağındadır. Təqdim olunan daha təkmil silah sistemləri və növlərinin sayı artır. Aydındır ki, təyyarələrin də verilməsinə qərar verilib. Digər silah növləri kimi bu da cəbhədəki vəziyyəti kökündən dəyişdirə bilməz”. 
Onun sözlərinə görə, Qərb ölkələri getdikcə münaqişəyə cəlb olunur. 

 



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...