Reza Deqati Xocavənddəki məzarlıqlardan görüntülər paylaşdı - VİDEO

Dünyaca məşhur “National Geographic” jurnalının tanınmış fotojurnalisti, Azərbaycan əsilli fransız fotoqraf Reza Deqati Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqla bağlı paylaşım edib.

Ednews xəbər verir ki, fotoqraf bu haqda yazıb:

“Azərbaycan - Qarabağ. Edilli kəndində 1992-1993-cü illərdə Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən qətlə yetirilən 12 nəfərin kütləvi məzarlığı aşkar edilib. 4 200 azərbaycanlı itkin düşüb və Ermənistan onların başına gələnlərlə bağlı heç bir məlumat vermir. Bu, 1992-ci ildən 2020-ci ilə qədər ermənilərin yaşadığı bu kənddə tapılan üçüncü kütləvi məzarlıqdır”.

Oguz


Haber Global Şuşadakı məsciddən reportaj hazırladı - "Ermənilərin vandallığı sərhəd tanımır"