Erməni mina terroru dayandırılmalıdır! – İctimai xadimlərdən ÇAĞIRIŞ

Münaqişələr 14:35 19.09.2023

Ermənistan 30 ilə yaxın bir dövr ərzində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsindəki şəhər və rayonları yalnız işğal altında saxlamaqla kifayətlənməyib, işğalçılar insanlarımızın həyat və sağlamlığına zərər vermək məqsədilə həmin əraziləri kütləvi şəkildə minalayıblar. 2020-ci il 10 noyabr tarixində imzalanan üçtərəfli Bəyanatdan sonrakı dövrdə işğaldan azad edilən ərazilərdə baş verən çoxsaylı mina partlayışları nəticəsində hərbi qulluqçularla yanaşı, mülki şəxslərin də mina terrorunun qurbanı olub. Ermənistan tərəfi isə nəinki ötən dövr ərzində ərazilərimizdə basdırdığı minaların dəqiq xəritələri haqqında ölkəmizə məlumat verməkdən yayınır, təxribat-diversiya qrupları vasitəsilə işğaldan azad olunan ərazilərimizi yenidən minalarla çirkləndirməkdə davam edir.

Son sutka ərzindən Xocavənddə yük avtomobili minaya düşüb və 2 nəfər həlak olub. Xocavənddə ikinci mina partlayışı zamanı isə DİN-in 4 əməkdaşı vəfat ediblər. 

2020-ci ildə 44 günlük Vətən müharibəsindən indiyə qədər ümumilikdə mina qurbanlarının sayı 314 nəfərə çatıb, onlardan 61 nəfər həlak olub.

Məsələ ilə bağlı Ednews-a danışan Beynəlxalq Avrasiya Mətbuat Fondun prezidenti, ANAMA yanında İctimai Şuranın sədri Umud Mirzəyev qeyd edib ki, erməni separatçıları Qarabağdan tam çıxarılmayınca məsələ həllini tapmayacaq:

250539_t1vi0fwyqf.jpg

“Hadisənin fotolarını gördüm, adamın ürəyi param-parça olur. Görünən odur ki, ermənilər gecə-gündüz diversiya ilə məşğuldurlar. Özlərinin məskunlaşdığı yerlərdən kənar, Azərbaycanın abadlıq apardığı, yollar çəkdiyi, bərpa etdiyi yaşayış məntəqələrini gecə-gündüz minalamaqla məşğuldurlar. Artıq bundan o tərəfə sorğu-sual yeri yoxdur. Qərar qəbul edilməli və onlar yuvasındaca məhv edilməlidirlər. Erməni separatçılar bütün konvensiyaları, beynəlxalq qanunları ayaq altına alırlar. Ermənistanın güclü təbliğat kampaniyaları da var. Amma bunlar bizi öz yolumuzdan çəkindirməməlidir. Azərbaycanın yolu haqq yoludur. Azərbaycan insanı 30 ildi təcavüzə məruz qalır. Azərbaycan insanı olmazın zülmləri çəkir. Hələ də yurdumuza-yuvamıza qayıtmaq imkanından tam şəkildə məhrumuq. Çünki işğaldan azad edilən torpaqlar belə qarış-qarış minalandı. Ötən gün baş verən hadisələr də bunun bariz nümunəsidir”.

Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin sədri Hafiz Səfixanov da hadisələrlə bağlı fikirlərini bildirib. O, qeyd edib ki, həqiətən də baş vermiş mina hadisələri çox üzücü xəbərlərdir:

1668683805_1650368845_maxre-1622806749.jpg

“İnfrastruktur layihəsinin Əhmədbəyli-Füzuli-Şuşa avtmobil yolunun inşasına cəlb olnmuş 2 mülki şəxsimiz mina qurbanı olublar. Allah rəhmət eləsin. Həmin hadisə yerinə gedən polis işçiləri də mina partlayışı nəticəsində dünyalarını dəyişdilər. Bir neçəsi də yaralı vəziyyətdədir. Bu bir daha onu göstərir ki, Ermənistanın mina terroru davam edir, dayanmır. Onlar bir gündə olsa niyyətlərindən əl çəkmirlər. Dövlət Təhlükəsizlik Xidmətinin yaydığı rəsmi məlumatda da bildirilirdi ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Rusiya sülhmərmalı qüvvələrinin müvvəqəti nəzarətində olan ərazisində yerləşmiş tör-töküntüləri, silahlı birləşmələri həmin yolun tikintisi aparılan əraziyə keçərək minaları yerləşdiriblər. Nəticədə bu hadisələr baş verib. Biz təşkilat olaraq baş vermiş təxribatları qətiyyətlə pisləyirik. Əlaqədə olduğumuz bütün beynəlxalq təşkilatlara, digər ölkələrdə mina problemi ilə məşğul olan təşkilatlara bu məlumat göndəriləcək. Hazırda bunun üzərində iş aparılır. Göründüyü kimi, Ermənistan təxribatçı, diversiya qüvvələri dayanmırlar. Məkrli niyyətlərini həyata keçirməkdə davam edirlər. Bir neçə gün əvvəl də Ermənistan silahlı qüvvələrinin diversiya qrupları Ağdam rayonu ərazisində Azərbaycan Silahlı Qüvvələrinin təminat yoluna sızaraq orada piyada əleyhinə mina quraşdırmışdılar. Nəticədə Azərbaycan əsgərinin bir ordusu mina partlaşıyışı nəticəsində yaralanmışdı. Bu faktlar bir daha onu göstərir ki, daha diqqətli olmalıyıq. Əhalimiz maarifləndirmə tədbirlərində verilən təlimatlara ciddi əməl etməlidirlər. Onu da qeyd edim ki, bizim təşkilat artıq 3 aydır ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə işğaldan azad edilmiş ərazilərdə minalar və partlamamış hərbi surstalar preoblimin miqyasının müəyyən olunması və müvafiq hesabatın hazırlanarq beynəlxalq ictimaiyyətə çatıdırlaması adlı bir layihə həyata keçirir. Bu layihə çərçivəsində biz işğaldan azad edilən bütün ərazilərdə olmuşuq. Orada minaların təmizlənməsinə cəlb olunmuş təşkilatlarla, infrastruktur layihəsinin həyata keçirilməsində cəlb olunan təşkilatın nümayəndələri ilə rəhbər şəxslərlə görüşlər keçirmişik. Gəldiyimiz qənaət ondan ibarətədir ki, Ermənistan silahlı qüvvələri ağıla gələn və gəlməyən yerlərdə minalar basıdırlbalr. Çoxlu sayda mina tələlərinə rast gəlinir. Ona görə də Azərbaycan insanı mina məsələsində ciddi olmalı, maarfiləndirici təlimlərdə öyrəndiklərinə əməl etməlidirlər”.

Qazi, jurnalsit Rey Kərimoğlu Azərbaycan vətəndaşlarının yenə erməni terrorçular, quldur dəstələri tərəfindən basdırılan minalar ucbatından həlak olduqları üçün çox təəssüfləndiyini vurğulayıb:

photo_116859.jpg

“Ağır yaralananlarımız da var. Minalardan Zərərçəkənlər Assosiasiyası adından Ermənistanın Azərbaycana qarşı mina terroruna son qoymağa çağırırıq. Dünya ictimaiyyətinə müraciət edirik ki, Ermənistanı dayandırsınlar. Azərbaycana qarşı ikili yanaşmanı kənara qoysunlar. Azərbaycan insanının həyatı təhlükədədir. Mina vasitəsi ilə ermənilər Azərbaycan insanının canını alır. Mina terroru davam edir. Dünya ictimaiyyətinin diqqətini bu məsələyə yönəltmək istəyirik. Erməni icması, dövləti, diasporası neçə vaxtdı Azərbaycan əleyhinə kampaniya aparır. Olmayan məsələləri, şər-böhtanları üstümüzə atır. Bu da onun bağlıdır ki, özlərinin elədiyi cinayətləri ört-basdır edirlər. Dünya ictimaiyyətini çaşdırırlar. Dünya ermənilərin yalanlarına uymasın. Ermənistan regionda böyük bir bəlaya çevrilib. Qafqazda sülhün tam təhlükə altında qalmasının ən böyük günahkarları Ermənistan və havadarlarıdır. O cümlədən Rusiya, Fransa, İrandır”. 

Minadan zərər çəkən Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşı Xəzər Babaşov da baş vermiş mina hadisələri ilə bağlı hisslərini bölüşüb:

“Minaya düşməyin nə dərəcədə böyük bir fəlakət olduğunu çox yaxşı bilirəm. Bu ilin 26 aprel ayında minaya düşdüm. Sağ ayağım topuqdan amputasiya olundu. Uzun müddətdi mina təhlükəsizliklə bağlı mübarizə porqarımda çalışıram. BAMF-da, ANAMA-da əmək fəaliyyətim olub. Minadan həlak olanlara Allah rəhmət eləsin, zərərçəkənlərə isə şəfalar diləyirəm”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı