Alman mətbuatı Azərbaycanın anti-terror tədbirindən yazdı

Azərbaycanın Qarabağ bölgəsində başlatdığı anti-terror hərəkatı hazırda dünya mediasının diqqət mərkəzindədir.

Ednews zdf.de nəşrinə istinadən xəbər verir ki, Azərbaycan Müdafiə Nazirliyi regionda “konstitusiya quruluşunun bərpası üçün yerli xarakterli antiterror əməliyyatı”ndan başladığını bəyan edib.

Azərbaycan Müdafiə Nazirliyi əməliyyatın minanın partlamasından bir neçə saat sonra başladığını bildirib. Azərbaycan təhlükəsizlik qüvvələri Dağlıq Qarabağın Azərbaycanın nəzarətində olan hissəsində Şuşa şəhərinə doğru gedən yola erməni “diversiya qrupları”nın yerləşdirdiyi mina nəticəsində iki mülki şəxsin həlak olduğunu bildirib. Daha sonra partlayış yerinə gedən yolda başqa bir minanın partlaması nəticəsində dörd polis əməkdaşı həlak olub.

 

Xəyal Ramiz

Qənirə Paşayevanın son müsahibəsi - VİDEO