“Azərbaycanın müzəffər ordusunun qələbəsi bir anın məsələsidir. Ordumuz qarışıda biliri ki, terrorçu qüvvələr daha çox mülki əhalidən şir kimi, səngər kimi istifadə edir. Separatçılar mülki əhalini irəli vermək istəyirlər ki, bunlar böyük bir geniş miqyaslı soyqırımdan söz açsınlar. Beynəlxalq camiəyə üz tutub hay-haray salsınlar. Əsasən terrorçu silahlılarının cəmləşdiyi mövqeləri sıradan çıxarılıb. İndi qalır bu terrorçuların sıradan çıxarılması. Hesab edirəm ki, biz Qarabağda bir az dözüm göstərsək Xankəndində Azərbaycanın bayrağının dalğalanmasının şahidi olacağıq”.
Bu sözləri Ednews-a Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev bildirib. Onun sözlərinə görə, qanunsuz erməni silahlı qüvvələri təxribatlarının cəzasını çəkir. Onların siyasi terror ənənələri bu günlərdə can verməkdədir. İnanıram ki, Azərbaycanın Qarabağın qalan ərazilərini tam azad etməklə bağlı haqq savaşı qələbə ilə nəticələnəcək. Mülki əhaliyə qarşı terror isə heç kimə keçməsinə icazə verməyəcəyimiz “qırmızı xətt”dir!”.
“Azərbaycan haqq savaşına davam edir. Ordumuz lokal antiterror tədbirlərinə başladı və bunu bizə erməni separatçılar təhrik etdilər. Bıçağın sümüyə dirənən son anı Xocavənddə baş vermiş təxribat oldu, burada mülki vətəndaşlar və Daxili İşlər Nazirliyinin əməkdaşları bu yaxınlarda yerləşdirilmiş minaya düşərək həlak olublar”.
U.Mirzəyev qeyd etdi ki, hazırda Ermənistanın daxilində də vəziyyət gərgin qalır. İrəvanda xaos hökm sürür. Erməni vətəndaşları panika içindədirlər. Polis gücdən istifadə edir. Onların 90-larda bizə yaşatdıqlarını indi biz də onlara yaşadırıq.
“Ermənilərin çirkləndirdikləri torpaqlarımızda demək olar ki, tez-tez mina insidentləri baş verir. İşğaldan azad olunmuş 30 illik əsarətdə saxlanan ərazilərdə hər gün təhlükəli sursat və minalar aşkarlanır. Müharibədən sonra qovuşduğumuz tarixi torpaqlarımızın 90 faizə yaxın bir hissəsinin partlamamış sursatlar və minalarla çirkləndirilməsinin şahidi olduq”.
BAMF prezidenti qeyd edib ki, Qarabağda ərazilərin geniş miqyasda minalanması əslində region üçün böyük fəlakət, ciddi ekoloji problem sayılır. Qarabağ və onun ətrafında olan bölgələrdə genişmiqyaslı dağıntıların aparılması ilə bərabər nizamsız şəkildə minaların basdırılması hazırda Azərbaycan üçün böyük çətinliklər yaradır:
“Biz buradan dünyanın bütün tərəqqipərvər insanlarına səslənirik: Ermənistanın Azərbaycana qarşı şiddətlənən mina müharibəsinə, terror fəaliyyətinə etiraz səsinizi ucaldın!”
Oğuz