“Qarabağın azad edilməsindən qəzəblənən SEPAH Ermənistana verdiyi dronların idarə edilməsi üçün pilotlara təlim keçir”
Ednews xəbər verir ki, bu barədə İranda insan haqları fəalı və siyasi məhbus olan Ərdəbil sakini Əli Rezayi “X” sosial şəbəkəsində yazıb:
“İşğal altında olan Qarabağın erməni işğalçılardan azad edilməsindən qəzəblənən İran İslam İnqilabının Keşikçiləri Korpusu (SEPAH) Təbriz şəhərinin ətrafında və qurudulmuş Urmu gölünün yatağında Ermənistana bağışladığı dronların idarə edilməsi üçün pilotlara təlim keçməklə məşğuldur. Azərbaycana qarşı bu düşmənçilik aktı yalnız daha çox qəzəb və uzaqlaşmaya səbəb olur”.
Əkbər