"İsrailin Qəzza əməliyyatı altı aya qədər davam edə bilər".
Ednews xəbər verir ki, bu iddia ilə Bloomberg nəşri çıxış edib. Məqalədə qeyd olunur ki, İsrail HƏMAS ilə sonu görünməyən müharibəni dərinləşdirir.
“Kütləvi quru işğalı əvəzinə ordu yavaş-yavaş irəllilədi, itkilərə, münaqişənin şimalda Hizbullaha yayılmasına səbəb oldu. İsrailin Baş naziri Benyamin Netanyahuya qarşı daxili siyasi təzyiqlərə əsaslanaraq hər gün əraziyə yaxınlaşmağa başlanıldı. Bir neçə məmurun sözlərinə görə, əməliyyatın altı həftədən altı aya qədər davam etməsi gözlənilir".
Yazıda həmçinin bildirilir ki, İsrail hökümətinin hazırki məqsədi ilk əməliyyatdan fərqli olaraq, Qəzzadakı bütün anti-israil qüvvələrini məhv etməkdir:
"Rəsmilərin fikrincə, Qəzzadakı məqsəd əvvəlki əməliyyatdan tamam fərqlənir. Həssas məsələləri müzakirə edərkən adının açıqlanmasını istəməyən rəsmilər bildiriblər ki, indi hökumət onu bir təşkilat olaraq məhv etmək və Qəzzanın artıq anti-İsrail zorakılığı mənbəyi olmamasına nail olmaq istəyir".
Əkbər Novruz