ABŞ və İsrail Qəzza zolağına sülhməramlı qüvvələr göndərməyi müzakirə edir.
Ednews "Times" nəşrinə istinadən xəbər verir ki, ABŞ və İsrail Qəzza zolağının gələcəyi ilə bağlı variantları, o cümlədən İsrail qüvvələri HƏMAS-ı sıxışdırmağa nail olarsa, Amerika hərbçilərinin cəlb oluna biləcəyi çoxmillətli qüvvələrin yaradılması imkanlarını araşdırır .
Qeyd edək ki, Birləşmiş Ştatlar və İsrail tərəfindən araşdırılan variantlar arasında ABŞ qoşunlarını cəlb edə biləcək çoxmillətli qüvvələrin yaradılması və ya Qəzzanın müvəqqəti olaraq Birləşmiş Millətlər Təşkilatının nəzarəti altına verilməsi ehtimalı var.
Xatırladaq ki, Vaşinqton İsraillə, eləcə də regionun digər ölkələri ilə İsrail döyüş meydanında qalib gələrsə, Fələstin anklavını necə idarə etmək barədə müzakirələr edirdi, lakin hələ dəqiq plan ortaya çıxmamışdı.
Əkbər Novruz