Rusiya müharibənin 637-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 537 təyyarəsi, 254 helikopteri, 9095 PUA-sı, 442 zenit-raket kompleksi, 13 539 tank və digər zirehli texnikası, 1185 reaktiv yaylım atəş sistemi, 7145 artilleriya və minaatanı, 15 507 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.