Rusiya müharibənin 638-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Ednews xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 537 təyyarəsi, 255 helikopteri, 9119 PUA-sı, 442 zenit-raket kompleksi, 13 564 tank və digər zirehli texnikası, 1185 reaktiv yaylım atəş sistemi, 7163 artilleriya və minaatanı, 15 530 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.