İsrail ordusu HƏMAS qruplaşmasına çağırış edib.
Ednews xəbər verir ki, bu barədə “Kanal 12” məlumat yayıb.
Bildirilib ki, girovların ikinci qrupunun gecə yarısına qədər azad edilmədiyi təqdirdə, İsrail müdafiə qüvvələri (İDF) Qəzza zolağında quru əməliyyatlarını bərpa edəcək.
Qeyd edək ki, daha əvvəl HƏMAS-ın yaraqlı qanadı İsraili atəşkəsin şərtlərini pozmaqda ittiham edib və girovların azad edilməsinin ləngiməsinə səbəbin bu olduğunu bildirib.