İsrailin Qəzza zolağında hərbi əməliyyatının növbəti mərhələsi daha sürətli olacaq.
Ednews xəbər verir ki, bu barədə “Nyu York Tayms” İsrail mənbələrinə istinadən məlumat yayıb.
Mənbələrə görə, silahlı qarşıdurmanın yeni mərhələsi uzun sürməyəcək:
"İsrail ordusu yaxın həftələrdə yüksək intensivli əməliyyat planlaşdırır. Bundan sonra İsrail ordusunun nisbətən daha zəif intensivlikdə hərbi əməliyyat keçəcəyi gözlənilir".