Rusiyanın Yaroslavl vilayətində yanacaq saxlama obyektləri dron hücumuna məruz qalıb.
EDnews xəbər verir ki, bu barədə “Report” “İnterfaks”a istinadən məlumat yayıb.
Məlumata görə, dronlar regionda yanacaq saxlamaq üçün nəzərdə tutulmuş sənaye obyektlərini vurub. Hücum nəticəsində ərazidə yanğın baş verib.
Hadisə ilə bağlı açıqlama verən Yaroslavl vilayətinin qubernatoru Mixail Yevrayev bildirib ki, aidiyyəti qurumlar ərazidə işləyir.
Yanğının söndürülməsi və hadisənin nəticələrinin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.







