"Üçbaşlı mafiya sadə bir səbəbdən heç nə edə bilməz. Bu səbəb isə odur ki, o, xalqın dəstəyinə malik olmayıb, sahib deyil və heç vaxt sahib olmayacaq".
EDnews xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.
“Xalq açıq şəkildə üçbaşlı mafiyanın diz çökdürülməsini və məhv edilməsini tələb edir və bu, qaçılmaz olaraq baş verməlidir. Yeri gəlmişkən, kaluqalının əsas kuklası olan Serj Sarkisyanı unutmamışıq və unutmayacağıq. Ona görə də panikaya düşüb çantalarınızı yığmağa tələsməyin. Hətta seçki kampaniyası zamanı da demişdim ki, Ermənistandan qaçmaq fürsətini xəyal edəcəksiniz, amma bu fürsətiniz olmayacaq”, - Paşinyan əlavə edib.







