İsrail ordusu Livanın cənubunda yerləşən 29 qəsəbənin sakinlərinə təxliyə çağırışı edib.
EDnews xəbər verir ki, bu barədə İsrail ordusu məlumat yayıb.
Məlumata görə, təhlükəsizlik vəziyyəti ilə əlaqədar həmin yaşayış məntəqələrində olan sakinlərdən əraziləri tərk etmələri istənilib.
Çağırışda sakinlərə göstərilən istiqamətlər üzrə hərəkət etmələri və əlavə xəbərdarlıqları izləmələri tövsiyə olunub.







