Qazaxıstanın Alma-Ata aeroportunda bomba həyəcanı yaşanıb.
“Eurasia Diary” xarici KİV-ə istinadən xəbər verir ki, naməlum şəxsin hava limanı ərazisinə bomba qoyulması ilə bağlı zəngindən sonra sərnişinlər və aeroport işçiləri evakuasiya ediliblər.
Aparılan axtarışdan sonra məlumatın yalan olduğu ortaya çıxıb.
Hazırda Alma-Ata beynəlxalq aeroportunda iş bərpa edilib.