Ata üçün oğlunu türmədə görmək dəhşətdir" Rəhman Rəhmanov

Mədəniyyət 17:15 25.11.2017
Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının aktyoru, əməkdar artist Rəhman Rəhmanovun yeniçag.az-a müsahibəsini təqdim edirik.
 
- Bu qədər seriallar çəkilir, amma nədənsə, sizi görə bilmirik. Dəvət etmirlər, yoxsa özünüz çəkilmək istəmirsiniz?
 
- Sözün düzü, özüm çəkilmək istəmirəm. Hər kəs bilir ki, Azərbaycanda çəkilən ilk seriallarda rol alanlardan olmuşam. Yaxşı da qonorar veriblər. Amma indi o pulu verən yoxdur. Həm də səhhətimlə əlaqədar çəkilmək istəmirəm. Bəlkə də yaşıma uyğun bir ağsaqqal rolu olsa, qəbul edərəm. Amma səhərdən-axşama qədər çəkiliş meydançasında olmaq istəmirəm. Buna tab gətirmərəm. Həm də əvvəlki kimi yaddaşım qalmayıb, o qədər mətni əzbərləyə bilmərəm.
 
- Səhhətiniz necədir, hələ sağalmamısız?
 
- 13 ildir ki, bu xəstəliklə mübarizə aparıram. Həkimlər dərdimə əlac tapmırdı. Hara gedirdimsə, xeyri olmurdu. Axırda bir həkim dedilər, onun yanına getdim. İndi müalicə olunuram. Bu günlərdə ölümdən döndüm. Gecəyarısı qəfildən pisləşdim, şəkərim qalxdı 400-ə. Təcili yardım maşını gəldi, iynə-dərman elədilər, yoxsa əldən gedəcəkdim.
 
- İndi necəsiniz?
 
- Xəstəxanaya gedib-gəlirəm, müalicəm evdə davam edir. Günüm çox vaxt yorğan-döşəkdə keçir.
 
- İşə gedib-gəlmirsiz?
 
- Həftədə bir dəfə gedirəm, o da tamaşam olanda. Teatrın kollektivi də mənə çox dəstək oldu, onlara minnətdaram.
 
- Oğlunuz necədir, həbsdən nə vaxt buraxılacaq?
 
 
- Gələn il.
 
- Yanına gedib-gəlirsiniz?
 
- Həmişə gedirəm. Bu yaxınlarda doğum günü idi. Bilirdim ki, məni gözləyəcək. Gözünü yolda qoymadım. Evdə tort bişirdilər, apardım. Bir xanım fanatı da var, o da bir tort göndərdi. Müğənni dostum var, Heydər Anatollu, o da mənimlə bərabər getdi. Bütün yolboyu ancaq onu fikirləşirdim ki, axı niyə mənim balamın başına bu iş gəlməliydi ki? Necə təzyiqim qalxdısa, yenə halım pisləşdi. Heydər məni türməyə güclə çatdırdı. Orda mənə ayrıca otaq ayırdılar, iynə-dərman elədilər. Oğlumla da elə həmin otaqda görüşdüm. Emil məni o vəziyyətcə görüb şoka düşdü. O haldaydım ki, uşağın doğum gününü də qeyd edə bilmədim. Elə ordan gələndən xəstəxanalardayam. Ata üçün oğlunu türmədə görmək dəhşətdir.
 
- Sizcə oğlunuz dəyişibmi?
 
- Türmədə mənə dedilər ki, oğlunuz çox dəyişib. Özü də deyir ki, ata, daha əvvəlki həyatımla vidalaşmışam. Başı əlhəq daşına dəyib axı. İnanmıram ki, bir də məni bu qədər incitsin. Onsuz da onun başına gələn işlər məni çox sarsıtdı. O cür istedadlı uşaq, indi türmədə olmasaydı, sənətdə nə qədər işlər görərdi. Hər kəs ona görə pis olub. Hamı soruşur ki, Emil nə vaxt türmədən çıxacaq? Oğlumla bağlı çox böyük ümidlərim var. Özüm də onun dəyişdiyini gördüm. Bilirsiniz nə vaxt? Türmədə halım pisləşəndə. Başa düşdü ki, ona görə səhhətimə çox ziyan vurmuşam.
 
- Dava-dərmana pul çatdıra bilirsiniz?
 
- Birtəhər çatdırıram. Təqaüdlər alıram və onların çoxu da elə dava-dərmana gedir. Şikayətlənmirəm.
 
- Deyirəm bəlkə, fikirlərinizin birmənalı qarşılanmayacağından ehtiyatlanırsız? Axı bu yaxınlarda Rasim Balayev də bizə müsahibəsində dərmana pul çatdıra bilmədiyini demişdi. Buna görə çoxları onu qınadı. Amma dövlət sənətkarın müalicəsini üzərinə götürdü.
 
- Bu xəbərə görə çox sevindim. Rasim Balayev böyük sənətkardır. Sənət adamını da buna görə qınamaq olmaz. Özümə gəlincə, əsas odur ki, diaqnozum bəllidir, müalicə olunuram.
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı