Xəstəxanaya yerləşdirilməyimlə bağlı yayılan xəbərlər yalandır.
Bu sözləri Kult.az-a açıqlamasında xalq artisti Könül Xasıyeva deyib. O bildirib ki, müalicələri davam edir:
“Xəstəliklərin, ağrıların daha da şiddətləndiyi mövsümdür. Səhhətimlə əlaqədar olaraq, tez-tez xəstəxanaya gedib, müalicə alıram. Ancaq xəstəxanada yatmıram”.
Qeyd edək ki, uzun müddətdir onurğa iflicindən əziyyət çəkən xanəndənin bu gün xəstəxanaya yerləşdirilməsi haqqında xəbərlər yayılıb.
***
Dünən "5/5"-də qonaq olan Könül Kərimovanı aldığı əməkdar artist fəxri adı münasibəti ilə sənət yoldaşları canlı yayımda zəng edərək təbrik ediblər.
Onlar arasında ağır xəstəlikdən əziyyət çəkən xalq artisti Könül Xasıyeva da olub.
Səsi xırıltılı gələn xanəndə xəstəxanda olduğundan verilişi izləyə bilmədiyini bildirib.
Qeyd edək ki, xalq artisti günlər öncə hacı Nuran Hüseynovun "Həyat" fondunun 1 yaşı münasibətilə keçirilən tədbirdə obyektivlərə tuş gəlmişdi.