“Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” sənədli filmi dörd nominasiya üzrə mükafata layiq görülüb

Mədəniyyət 11:43 09.07.2019

“Qara Bağlar, Azərbaycan və Ermənistan müharibələri” (Black Orchards: Azerbaijan and Armenia’s Wars) adlı sənədli film dörd nominasiya üzrə mükafata, o cümlədən ABŞ-ın Los-Anceles şəhərində keçirilən Hollivud Beynəlxalq Film Festivalında “Ən yaxşı qısa sənədli film” mükafatına layiq görülüb. “Ən yaxşı qısa sənədli film” mükafatının təqdim edilməsi mərasimi gələn il yanvarın 25-də Hollivudda keçiriləcək.

Eurasia Diary AZƏRTAC-a istinadən xəbər verir ki, Türkiyənin ingilis dilində yayımlanan beynəlxalq xəbər kanalı - “TRT World” tərəfindən hazırlanan, bu il fevralın 26-da efirə gedən iyirmi altı dəqiqəlik filmdə Azərbaycan həqiqətləri, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, səbəb və nəticələri, Xocalı soyqırımı barədə tamaşaçılara ətraflı məlumat verilir.

Çəkilişlərinin əsasən cəbhə bölgəsində aparıldığı sənədli filmdə qeyd edilir ki, 1990-cı illərin əvvəllərində Azərbaycanın çox çətin vəziyyətlə üzləşdiyi, ölkədə son ümidlərin də itirildiyi bir vaxtda Heydər Əliyev hakimiyyətə qayıtmaqla xalqın ümidini bərpa etməyi bacardı.

Filmdə Xocalı soyqırımı şahidlərinin, məcburi köçkünlərin, hərbçilərin, eləcə də rəsmi şəxslərin müsahibələrinə yer verilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin torpaqlarımızın düşmən tapdağından azad ediləcəyi ilə bağlı fikirləri də filmdə əks olunub.

Qeyd edək ki, bu sənədli filmin hazırlanması üçün “TRT World” kanalının çəkiliş heyəti dəfələrlə Azərbaycana səfər edib, cəbhə bölgəsində, Naxçıvan Muxtar Respublikasında olub. Həmçinin çəkiliş qrupu filmin hazırlanması ilə əlaqədar Amerika Birləşmiş Ştatlarında, Rusiyada olub, həmin ölkələrdə diplomatlardan, tanınmış ekspertlərdən, tarixçi alimlərdən müsahibələr götürülüb.

Xüsusilə qeyd edilməlidir ki, Dağlıq Qarabağ münaqişəsinin şahidi olmuş yeganə əcnəbi, Xocalı faciəsini gözləri ilə görən və bu barədə beynəlxalq aləmə məlumatlar yayan ilk xarici ölkə jurnalisti olan Tomas Qolts filmin çəkilişi ilə əlaqədar Azərbaycana gəlib, Bakıda, cəbhə bölgəsində onunla söhbətlər aparılıb. Tomas Qolts Azərbaycanda erməni təcavüzkarlığı, xüsusilə də Xocalı soyqırımı ilə bağlı şahidi olduğu faktları filmdə tamaşaçıların diqqətinə çatdırır.

Sənədli filmdə Azərbaycan Ordusunun qüdrətindən, xüsusilə də 2016-cı ilin Aprel döyüşlərindən, uğurlu Naxçıvan əməliyyatından ətraflı bəhs edilir.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı