Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi | Eurasia Diary - ednews.net

18 Avqust,


Dneprdə küçələrdən birinə Maqomayevin adı verildi

Mədəniyyət A- A A+

Ukraynanın Dnepr şəhərindəki küçələrdən birinə Azərbaycan və SSRİ-nin Xalq artisti Müslüm Maqomayevin adı verilib.

Bu barədə deputatlar Dnepr Şəhər Şurasının iyulun 24-də keçirilmiş növbəti sessiyası zamanı müvafiq qərar qəbul ediblər.

Bildirilir ki, şəhərin Sobornı rayonundakı 8 Mart küçəsinə azərbaycanlı müğənninin adı veriləcək.

Mer Boris Filatov deyib ki, şəhər hakimiyyətinin bu qərarı Dneprdə yaşayan azərbaycanlılara hədiyyədir:

“Şəhərdə azı 30 min azərbaycanlı yaşayır. Bu qərar onlara hədiyyədir. Bu, təkcə onlara deyil, Müslüm Maqomayevi sevən bütün valideynlərimizə də hədiyyədir. O, dahi olub”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...