Görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür | Eurasia Diary - ednews.net

27 Fevral, Cümə axşamı


Görkəmli bəstəkar Şəfiqə Axundovanın doğum günüdür

Mədəniyyət A- A A+

Bu gün Şərqdə ilk opera yazan bəstəkar qadın, Xalq artisti Şəfiqə Axundovanın doğum günüdür.

Eurasia Diary xəbər verir ki, Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olub.

O, 1972-ci ildə "Gəlin qayası" operasını yazmaqla Şərqin ilk opera yazan qadın bəstəkarı olub.

Axundova həm də bir sıra gözəl mahnıların ("Leyla", "Bəxtiyar ellər" və s.), "Ev bizim, sirr bizim" operettasının (1965), simli kvartet üçün pyeslərin, dramatik teatr üçün "Aydın", "Əlvida Hindistan!", "Nə üçün yaşayırsan?" və s. tamaşaların, "Təlxəyin nağılı", "Dovşanın ad günü" və s. kimi uşaq tamaşalarının musiqisinin müəllifidir.

1998-ci ildə Azərbaycan Respublikasının Xalq artisti adına layiq görülüb. 2004-cü ildə isə "Şöhrət" ordeni ilə təltif edilib.

Uzun müdddət ürək xəstəliyindən əziyyət çəkən Xalq artisti iyulun 26-da 2013-cü ildə vəfat edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...