“Ulduz” filmi ilə tanınan, 80-dək filmdə çəkilən və heç bir fəxri adı olmayan aktyor...

Mədəniyyət 21:13 16.09.2021
O, bir çox ekran əsərlərində epizodik rollar oynayıb, amma nümayiş etdirdiyi sənətlə tamaşaçıların xatirəsində əbədiyaşarlıq qazanıb. Elə təkcə “Ulduz” filmindəki kolxoz sədri Qədir rolu tanınmış aktyor Bahadur Əliyevi xatırlamağa kifayət edir.
 
16 sentyabr - aktyor Bahadur Əliyevin anım günüdür.
 
Belə ki, 69 illik ömrünün 39 ilini milli kino sənətinin inkişafına həsr edən Bahadur Əliyevin qısa həyat hekayəsini təqdim edirik.
 
Aktyor və kino istehsalı təşkilatçısı Bahadur Əliyev sənətdəki xidmətləri müqabilində layiqli qiymətini ala bilməyən sənətkarlardandır.
 
Ona heç bir fəxri ad, titul, mükafat verilməyib. Heç özü də bunun üçün kimsəyə ağız açmayıb.
 
Sənət yoldaşları deyirlər ki, B.Əliyev üçün rolun böyüyü, kiçiyi olmayıb. O, həmişə yaratdığı obrazın canlı, təbii olmasına, yadda qalmasına, tamaşaçılar tərəfindən sevilməsinə çalışıb və buna nail olub.
 
Aktyor irili-xırdalı 80-ə yaxın filmə çəkilib. Kim deyə bilər ki, “Ulduz” filmindəki kolxoz sədri Qədiri Bahadur Əliyevdən daha yaxşı oynaya bilən olardı. Yeri gəlmişkən, bunu sənət dostları da təsdiqləyir ki, oynadığı kolxoz sədri rolu Bahadur Əliyevin özündən daha çox məşhur oldu. Bu obraz o qədər gözəl ifa olunub ki, bütün hərəkətləri və sözləri hələ də dillər əzbəridir. Məsələn, Qədirin “adə, bu him-cim nə yaxşı şeydir” ifadəsi, yaxud da onun dilindən ifa edilən “Mən Qədirəm, yollar üstə duraram” mahnısının sözləri indi də məqamı gələndə işlədilir.
 
 
Filmlərdə kiçik, bəzən heç adı olmayan rollarda, kütləvi səhnələrdə görünsə də, böyük arzularla yaşayan aktyor yeni ekran əsərlərində məşhur qəhrəmanları canlandırmağın xəyallarını qururdu.
 
Görkəmli aktyor enişli-yoxuşlu, çətin sınaqlarla dolu həyat yolu keçib.
 
Bahadur Atabala oğlu Əliyev 1933-cü il fevralın 24-də Masallı rayonunun Sığıncaq kəndində dünyaya göz açıb. O, hələ orta məktəbdə oxuyarkən incəsənətlə maraqlanıb, ali təhsil almaq üçün hara gedəcəyini və aktyor olacağını elə o zamandan müəyyənləşdirib.
 
Orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Teatr İnstitutunun kino və dram aktyorluğu fakültəsinə daxil olur. İnstitut həyatı, görkəmli sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnməsi, institut səhnəsində yoldaşları ilə birgə tamaşalarda iştirak etməsi gənc tələbə-aktyorun qarşısında yeni perspektivlər açır.
 
1956-cı ildə institutu bitirən Bahadur Əliyevin təyinatını Bakı kinostudiyasına verirlər.
 
Bir ildən sonra onu aktyor vəzifəsinə irəli çəkirlər. 1957-1959-cu illərdə “Kölgələr sürünür”, “Bir məhəllədən iki nəfər”, “Onun böyük ürəyi” və “Onu bağışlamaq olarmı?” filmlərində kiçik rollarda çəkilir. Özü deyirdi ki, həmin kiçik rollar onun üçün gələcək filmlərə gedən yolda istinad nöqtəsi olub.
 
Lakin günlərin birində - 1959-cu il oktyabrın 3-də onu kinostudiyanın kadrlar şöbəsinə çağırıb deyirlər ki, işin həcmi azaldığına görə tutduğunuz vəzifədən azad olunursunuz.
 
Bu işdən çıxarılma ona çox pis təsir edir.
 
Bahadur Əliyev bir ildən sonra Bakıdakı Lal-Karlar Mədəniyyət evinə bədii rəhbər vəzifəsinə işə düzəlir. Amma Lal-Karlar Mədəniyyət evində 15 gündən artıq qala bilmir və ərizə yazıb öz xahişi ilə işdən çıxır.
 
Nəhayət 1961-ci il mayın 12-də yenidən C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasına işə qayıdır. Bu dəfə korrektor vəzifəsinə. O, bu vəzifədə yazı-pozu ilə məşğul olsa da, əsas işi filmlərə çəkilmək idi.
 
1961-1965-ci illərdə aktyor “Telefonçu qız”, “Əmək və qızıl gül”, “Romeo mənim qonşumdur” filmlərinə çəkilir, “Böyük dayaq”da komsomolçu, “Möcüzələr adası”nda neftçi, “Sehirli xalat”da xanın əsgəri rollarında da çıxış edir.
 
Nəhayət 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı operettası əsasında ekranlaşdırılan “Ulduz” musiqili kinokomediyası Bahadur Əliyevin məşhurluq qazanmasına səbəb olur.
 
Məhz Bahadur Əliyevin məharətli aktyorluq bacarığı sayəsində kolxoz sədri Qədirin şöhrətpərəst, özündən müştəbeh, kütbeyin olması tam çılpaqlığı ilə tamaşaçıya çatdırılıb.
 
Kolxoz sədri rolu ona məşhurluq qazandırsa da, aktyorun bəxti yenə gətirməyib.
 
Bahadur Əliyev “Ulduz” filmində özünü aktyor kimi bir daha təsdiq edəndən sonra daha böyük rollara dəvət olunacağını düşünərkən, kinostudiyanın rəhbərliyi onu böyük inzibatçı vəzifəsinə keçirir.
 
Amma B.Əliyev bu vəzifədə işləməklə yanaşı “Dağlarda döyüş”, “Uşaqlığın son gecəsi”, “Yenilməz batalyon” bədii filmlərində epizodik rollar oynayıb. Daha sonra “İstintaq davam edir” filmində təhlükəsizlik orqanının əməkdaşı, kapitan Əliyev, “İyirmialtılar” tarixi-inqilabi filmində Bakı komissarlarının Azərbaycan xalqını xoş sabaha çıxaracağına inanan gənc fəhlə rollarında çıxış edir.
 
Bir inzibatçı kimi özünü doğrultduğuna görə, kinostudiyanın o vaxtkı direktoru Adil İsgəndərov Bahadur Əliyevi 1968-ci il sentyabrın 1-dən dublyaj qrupu direktorunun müavini vəzifəsinə irəli çəkir. O, bu vəzifədə 1973-cü ilə kimi işləyir.
 
O, “Axırıncı aşırım”, “Bizim Cəbiş müəllim”, “Babək”, “O qızı tapın”, “Dərviş Parisi partladır”, “Özgə ömür”, “Firəngiz” bədii filmlərində də fərqli rollar oynayıb.
 
Bahadur Əliyev SSRİ və Hindistan kinosunun birgə istehsalı olan məşhur “Əlibaba və 40 quldurun macəraları” filmində də rol alıb. Beləliklə də, onun bəxtinə hind kinosunun ulduzları Dxarmendra, Xema Malini, Zinyət Amanla eyni səhnəni bölüşmək qisməti yazıldı.
 
O, Hindistan istehsalı olan daha bir filmdə - “Abdulla”da da çəkilib.
 
 
Yeri gəlmişkən, B.Əliyev Özbəkistan kinematoqrafçılarının istehsal etdiyi “Odlu yollarla”, “Şerəli və Aybərçin” bədii filmlərində də çıxış edib.
 
Bahadur Əliyev kinostudiyada işlədiyi müddətdə xarici və sovet filmlərinin Azərbaycan dilində səsləndirilməsində yaxından iştirak etdiyinə görə “dublyajın vuran ürəyi” adlandırılıb.
 
Aktyorun həyat və yaradıcılığını araşdıran tanınmış kinoşünas Aydın Kazımzadə yazır:
 
“O, 1973-cü il aprelin 24-də kinoaktyor ştatına keçirilir, ali kateqoriyalı kinoaktyor vəzifəsində təqaüdə çıxana kimi, yəni 1995-ci ilə qədər çalışıb.
 
Bahadur Əliyev “Babək” filmində Divdad - Afşinin əsgəri, “Dərviş Parisi partladır” filmində at almaq üçün Qarabağa gəlmiş özbək bəy, “Evlənmək istəyirəm” kinokomediyasında bəy, “Özgə ömür”də qonşu, “Firəngiz” televiziya filmində Davud və digər rollarda çəkilib”.
 
A.Kazımzadə yazır ki, Bahadur Əliyevin yaradıcılıq bioqrafiyasında adları çəkilən filmlərin böyük əksəriyyətində oynadığı rollar epizodikdir. Lakin o, ən xırda rolu belə həvəslə, istəklə ifa edirdi:
 
“Özünü bütünlüklə kino sənətinə həsr edib, həyatının mənasını bu sənətdə tapan Bahadur Əliyevin kino fəaliyyəti bununla bitmir. O, “Mozalan” satirik kinojurnalının bir çox bədii süjetlərində müxtəlif mənfi tiplərin surətlərini yaradıb”.
 
Kinoşünas Aydın Kazımzadə bildirib ki, kinostudiyada ona “Bərəkətli Bahadur” deyiblər:
 
“Bu ləqəb ona 10 uşaq atası olması ilə bağlı verilib. Ailəsinin böyük olmasına baxmayaraq, mənzili qonaq-qaralı olardı. “Mən uşaqlarımı kinostudiyanın çörəyi ilə böyütmüşəm” deyən Bahadur, bu sənət ocağında fəaliyyət göstərməsi ilə fəxr edirdi”.
 
Bahadur Əliyevin sonuncu çəkildiyi ekran əsəri 1985-ci ildə lentə alınan “Bəyin oğurlanması” filmidir. Kütləvi səhnələrdə yer alan B.Əliyev filmin sonuna yaxın kolxoz sədri Hidayət müəllimlə (Səməndər Rzayev) birgə rəqs edir. Lakin rəsmi geyimdə - kostyum və qalstukda olan Bahadur Əliyevin filmdə kimliyi bilinmir.
 
90-cı illərin məlum hadisələri və kinomuzun düşdüyü çətin vəziyyət aktyor Bahadur Əliyevin də həyatından yan ötməyib. Uzun müddət filmlərə çəkilməmək bir sıra sənətkarlar kimi Bahdur Əliyevin də səhhətinə ağır təsir göstərir.
 
Görkəmli aktyor Bahadır Əliyev 2002-ci il sentyabrın 16-da Sumqayıt şəhərində yol gedərkən ürəktutmasından faciəli şəkildə vəfat edir. 69 yaşında həyatla vidalaşan sənətkarı doğulduğu kənddə torpağa tapşırırlar.
 
Bahadur Əliyevin oğlu Rauf Əliyevin dediklərinə görə, orta məktəbi əla qiymətlərlə bitirən B.Əliyev Teatr institutuna qəbul imtahanlarına gecikməsinə baxmayaraq, verilən tapşırıqları yüksək səviyyədə yerinə yetirdiyinə görə, ali məktəbə qəbul olunur. Hətta tələbə ikən ailə qurur.
 
Aktyorun qızı Şəhla Əliyeva atası ilə bağlı xatirələrində qeyd edib ki, Bahadur Əliyev övladlarının onun yolunu davam etdirməsini istəməyib, atasının sənətdən küskün getməsindən təəssüf hissiylə bəhs edib.
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO

Xəbər xətti

Daha 156 ailə Füzuli şəhərinə köçürüləcək
17:00 16.04.2024
İran Prezidenti Putinə zəng edib
16:55 16.04.2024
Tiktoker “Semka” HƏBS OLUNDU
16:50 16.04.2024
AÇG-dəki yeni ACE platformasından hasilat BAŞLANDI
16:40 16.04.2024
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
Twitter yeni istifadəçilər üçün ÖDƏNİŞLİ OLDU
16:35 16.04.2024
Milli Məclisin növbəti iclasının tarixi və gündəliyi açıqlanıb
16:20 16.04.2024
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
Misirdən ŞOK XƏBƏR: Hüsnü Mübarək hələ YAŞAYIR? - VİDEO
16:15 16.04.2024
Maqnit qasırğasından necə qorunaq? - Həkim AÇIQLAYIR
16:00 16.04.2024
İsrail-İran konflikti Azərbaycan iqtisadiyyatına necə təsir edəcək? - Açıqlama
15:30 16.04.2024
Azərbaycanda baş redaktor və müxbir həbs edildi
15:15 16.04.2024
Füzuli şəhərində infrastruktur necə qurulur? - VİDEO
15:00 16.04.2024
“İran və İsrail arasında münaqişənin alovlanması...” – İngilis Politoloqdan ÖZƏL ŞƏRH
14:50 16.04.2024
Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib
14:40 16.04.2024
Cənubi Qafqazı xaosa sürükləmək istəyənlər... – GİZLİ MƏQAMLAR – ŞƏRH
14:30 16.04.2024
Prezidentdən Türkiyə–Azərbaycan Universiteti ilə bağlı FƏRMAN
14:22 16.04.2024
Salam Sarvan yenidən əməliyyat olunacaq
14:19 16.04.2024
İsrail XİN İranla bağlı 32 ölkəyə ÇAĞIRIŞ ETDİ
14:11 16.04.2024
İlham Əliyev: "Qarabağda və Şərqi Zəngəzurda gördüyümüz işlərin dünyada misli-bərabəri yoxdur"
14:05 16.04.2024
“Bələdiyyələrin statusu haqqında” qanun DƏYİŞDİ
14:02 16.04.2024
Reklam Agentliyinə sədr təyin edilən Fərhad Adıgözəlov KİMDİR? – DOSYE
14:00 16.04.2024
Prezidentdən Fərhad Adıgözəlovla bağlı SƏRƏNCAM
13:58 16.04.2024
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edildi - SƏRƏNCAM
13:56 16.04.2024
Prezident: "Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində iş aparılır"
13:54 16.04.2024
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
Pentaqon: İranın hücumunda biz ən azı 6 ballistik raket vurduq
13:49 16.04.2024
Prezident: Şirvan suvarma kanalı istifadəyə veriləndən sonra Hacıqabul gölü də dolacaq
13:40 16.04.2024
İlham Əliyev son illər Azərbaycanda həyata keçirilən infrastruktur layihələrindən danışdı
13:35 16.04.2024
Rəsmi Tehran: "Bu silahlar İsrailə qarşı cavabın 2-ci mərhələsində istifadə ediləcək"
13:26 16.04.2024
Beynəlxalq axtarışa verilmiş şəxslər Azərbaycana ekstradisiya edilib
13:00 16.04.2024
Doktoranturaya sənəd qəbulu BAŞLADI
12:50 16.04.2024
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
Emin Əmrullayevdən Xocalı və Xankəndi ilə bağlı müjdə - VİDEO
12:40 16.04.2024
“Müharibə olarsa ən böyük ziyanı İran görəcək” - İsrailli ekspertdən ŞOK PROQNOZ
12:27 16.04.2024
Bakıda COVID-lə mübarizə aparan tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb
12:20 16.04.2024
Haaqa Məhkəməsində “Ermənistan Azərbaycana qarşı” işi üzrə dinləmələr davam edir - CANLI
12:16 16.04.2024
Qarabağ Universitetində fəlsəfə doktoru üzrə doktorantlar təhsil alacaq
12:15 16.04.2024
Sosial ödənişlərə 2 milyard manatdan çox vəsait ÖDƏNİLİB
12:05 16.04.2024
Çin nüvə enerjisi potensialını artırır
Çin nüvə enerjisi potensialını artırır
12:00 16.04.2024
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
1 milyard əhali enerjisiz qala bilər - NATO Komandiri
11:45 16.04.2024
Qərbi Azərbaycan İcması “Soyqırımının önlənməsi üzrə Lemkin İnstitutu”nu ifşa etdi
11:40 16.04.2024
BAMF-ın Tərtər Regional Peşə Təlim Mərkəzində qadın minatəmizləmə qrupları üçün təlim keçirilib - FOTOLAR
11:34 16.04.2024
Vardanyanın əsl üzü... - Qazandığı çirkli pullar - ARAŞDIRMA
11:30 16.04.2024
Hamısı