Hüseyn Cavidlə bağlı nadir unikal kadrlar - VİDEO - ednews.net

26 Yanvar, Çərşənbə

Hüseyn Cavidlə bağlı nadir unikal kadrlar - VİDEO

Mədəniyyət A- A A+
AZTV-nin Youtube kanalında Hüseyn Cavidlə bağlı nadir unikal kadrlar yayımlanıb.
 
Videoda H.Cavidin nəşinin Azərbaycana gətirilməsi əks olunub. Yayımlanan kadrlar 1982-ci ilə aiddir. Ulu öndər Heydər Əliyev 1982-ci ildə - Hüseyn Cavidin anadan olmasının 100 illiyində onun İrkutskdakı məzarının aşkar edilməsinə və cənazəsinin qalıqlarının oktyabrın 26-da Azərbaycana gətirilməsinə nail olub.
 
Görüntülərdə H.Cavidin nəşinin təyyarədən düşürülməsi, onunla vida mərasimi əks olunub. Videodan dahi şəxsiyyətin vida mərasiminə yüzlərlə insanın gəldiyi görünür.
 
Ulu öndər Heydər Əliyevin Hüseyn Cavidin vida mərasiminə gəldiyi, onun qızı Turan Cavidlə söhbət etdiyi arxiv kadrlar da videoda yer alıb.
 
Xatırladaq ki, Hüseyn Cavid 1882-ci il oktyabrın 24-də Naxçıvanda anadan olub. O, 1938-ci ildə şərlənərək həbs olunub. 9 iyun 1939-cu ildə şair 8 il islah əmək düşərgəsinə məhkum edilib. O, 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunda əlillər xəstəxanasında dünyasını dəyişib. Şevçenko kəndindəki qəbiristanlıqda 59 saylı qəbirdə dəfn olunub. 1956-cı ildə bəraət alsa da, onun nəşini Azərbaycana gətirmək mümkün olmayıb.
 
1982-ci ildə Ulu öndər Heydər Əliyevin göstərişi ilə Hüseyn Cavidin məzarının tapılması, nəşinin Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul edilib. Uzun sürən axtarışlardan sonra qəbri tapılıb, cənazəsi 1982-ci il oktyabrın 26-da Bakıya gətirilib. H.Cavidlə vida mərasimi baş tutub. Daha sonra isə Naxçıvana aparılıb, 1982-ci il noyabrın 3-də böyüyüb boya-başa çatdığı evinin qarşısında dəfn edilib.
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...