“Atam Vaqif Səmədoğludan sənədlərimi alıb, evə gətirmişdi, razı deyildi ki...”

Mədəniyyət 20:06 10.01.2022
“Uşaqlarla görüşüb evə gələndən 2 gün sonra atamın ürəyi partladı, demişdi ki, mənə baş daşı qoymayın”
 
“Mən atamı çox istəyirdim, çünki o insan adam idi. Baxmayaraq ki, bütün günü işdə olurdu, teatrda tamaşa oynayıb, filmlərə çəkilirdi, amma mənə də lazımı qədər vaxt ayırırdı. Heç vaxt qayğısını məndən əsirgəmirdi. Tez-tez məni kinoteatra aparırdı. Atamla kinoya getdiyim gün mənim üçün bayram idi. Çünki çox məşğul insan idi. “Ələddinin sehrli çırağı” filminə Yaltada çəkilirdi, anamla məni də özü ilə aparmışdı. Rejissor gəlib bir çox şeyləri atamla məsləhətləşirdi. Bu mənim çox xoşuma gəlirdi ki, gəlib atamla məsləhətləşirlər. Piyada gəzməyi çox xoşlayırdı, çünki taksi sürücüləri atamdan pul götürmürdü. Atam da buna görə taksiyə minmirdi. Mən də piyada gəzməyi ondan öyrənmişəm. Hər zaman gələcəyimi düşünürdü. Yadımdadır, bir dəfə 1-ci sinfə gedəndə gəlib ona dedim ki, ata, mən 5 almışam. Mənə dedi ki, gəlib mənə demə neçə almısan. Bu mənə yox, sənə lazımdır. Onun bu sözlərindən sonra hər gün oturub kitab oxuyurdum”.
 
 
Bunu xalq artisti, sevilən aktyor Hüseynağa Sadıqovun qızı Tamilla Sadıqova Moderator.az-a bildirib.
 
O daha sonra atasının uşaqlara olan sevgisindən danışıb.
 
 
“Atam televiziyada “Piri babanın nağılları”, “Xoruz baba” kimi səhnəciklərlə, verilişlərlə məşhurlaşmışdı. Hamı ona Xoruz baba deyə müraciət edirdi. Hətta indi də məni görəndə deyirlər ki, Xoruz babanın qızı gəlir. Atam uşaqlara hər zaman deyirdi ki, nağılları sona qədər oxuyun, çünki nağıllarda sonda xeyir qüvvə şər qüvvəyə qalib gəlir. O vaxt evimizə uşaqların meşoklarla məktublarını gətirirdilər. Atam vaxt edib, hamısını oxuyurdu və efir vasitəsilə səsləndirirdi. Uşaqlara onu çox qısqanırdım. Bir dəfə atamla şəhərdə gəzəndə 5-6 uşaq atamın üstünə qaçdı. Atam da mənim əlimi buraxıb, onlarla söhbət etməyə getdi. Mən də başladım ağlamağa. Atam dedi ki, sən mənim qızımsan, amma mən o biri uşaqlara da diqqət yetirməliyəm. Atam uşaqlarla çox rahat dil tapırdı, onları hər zaman sevindirirdi” deyə aktyorun qızı bildirib.
 
Tamilla Sadıqova atasının onun incəsənətə gəlməsinə razılıq vermədiyini də bildirib.
 
 
“İstəyirdim ki, onun sənətini davam etdirim, amma atam razı olmadı. Deyirdi ki, bu sənət çox ağırdır. Mən də filoloq oldum. Vaqif Səmədoğlu kinostudiyada işləyirdi, mən də universiteti qurtarmışdım. Moskva Kinematoqrafiya İnstituna sənəd vermək istədim. Sənədlərimi Vaqif Səmədoğluna təqdim etdim. Səhər apardım, axşam gördüm ki, sənədlər evdədir. Atam alıb evə gətirmişdi” deyə Tamilla Sadıqova bildirib.
 
Tamilla Sadıqova atasının son günlərini də xatırlayıb.
 
 
“Atam ağır xəstə idi, xəstəxanadan çıxarıb, evə gətirmişdik. Televiziyadan bizə xəbər verdilər ki, uşaqlar gəlib, sizlə görüşmək istəyirlər. Anam da dedi ki, o xəstəxanadan yeni çıxıb, necə gələ bilər axı?! Atam anamın sözlərinə məhəl qoymadı, xəstə olsa da gedib uşaqlarla görüşdü. Bu onun uşaqlarla son görüşü oldu, o görüşdən 2 gün sonra atam dünyasını dəyişdi. Ürəyi partlamışdı (kövrəlir). Demişdi ki, mənə baş daşı qoymayın, bircə üstünə yazın ki, burada kim dəfn olunub. Başqa heç nə yox! Çünki o bir sənət yoldaşının məzarını ziyarət edəndə görmüşdük ki, sadə qəbri var. Biz də atamın son vəsiyyətini yerinə yetirdik” deyə aktyorun qızı bildirib.
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı