Sentyabrın 23-dən 30-dək XVII Bakı Beynəlxalq Caz Festivalı keçiriləcək.
Ednews xəbər verir ki, bu barədə yerli teleqram kanallarında məlumat verilir.
Tədbirdə dünyanın 14 ölkəsindən caz ifaçıları iştirak edəcək. Festivalın açılışı Heydər Əliyev Mərkəzinin parkında olacaq.
Konsertlərdə İtaliya, Fransa, İsrail, Türkiyə, Almaniya, Braziliya və s.-dən musiqiçilər iştirak edəcəklər.
Qeyd edək ki, paytaxt sakinləri və qonaqlar üçün konsertlər pulsuzdur.