Xəbər verdiyimiz kimi, Ukraynanın pop ulduzu Maks Barskix ermənilərə dəstək olub.
Ednews "bizim.media"ya istinadən xəbər verir ki, azərbaycanlı izləyicilər sosial şəbəkələrdə müğənninin dekabrın 10-da “Bakı Konqres Mərkəzi”ndə keçirilməsi gözlənilən konsertinin ləğvi ilə bağlı yüzlərlə paylaşım ediblər.
Bir müddət sonra “iTicket.az” şirkəti Maks Barskixin konsertinə bilet satışını dayandırıb.
Qeyd edək ki, M. Barskixin konsertinə satılan biletlərin qiyməti 40-230 AZN arasında dəyişirdi.