AYB-nin qurultayının vaxtı dəyişdi - ednews.net

4 Dekabr,

(+994 50) 229-39-11

AYB-nin qurultayının vaxtı dəyişdi

Mədəniyyət A- A A+

Azərbaycan Yazıçılar Birliyinin qurultayının vaxtı dəyişib.

Ednews xəbər verir ki, bu barədə AYB-dən bildirilib.

Məlumata görə, Azərbaycan Yazıçılar Birliyində katibliyin geniş tərkibdə toplantısı keçirilib.

Ağsaqqallar Şurasının, Gənclər Şurasının və mətbu orqanların rəhbərlərinin də iştirak etdiyi toplantıda qurultayqabağı hazırlıq işləri müzakirə edilib. Toplantı iştirakçıları təşkilati məsələlərlə bağlı təkliflər səsləndirib. Texniki və təşkilati məsələlərin həlli, yüksək hazırlıq işləri üçün əvvəlcə nəzərdə tutulmuş oktyabrın 5-i tarixinin dəyişdirilməsi, Azərbaycan Yazıçılarının XIII Qurultayının oktyabr ayının sonunadək keçirilməsi qərara alınıb.



Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan
Telegram: @eurasia_diary


Загрузка...