Türkiyənin “Haber Global” telekanalı Azərbaycan tarixindən bəhs edən “Arasın özlemi” (“Arazın həsrəti”) adlı sənədli film hazırlayıb.
Ednews xəbər verir ki, sənədli filmdə İranın Azərbaycana qarşı yezid siyasəti aparmasından, Azərbaycan türklərinə qarşı müxtəlif oyunlar oynanılmasından danışılıb.
Sənədli filmdə əsas hədəf fars şovinizmi, azərbaycan türklərinin hüquqlarının tapdalanması, o cümlədən İslam Respublikası-Ermənistan qardaşlığına söykənib. Filmdə Ərəb Xilafətindən tutmuş Pəhləvilərə qədər genişmiqyaslı tarixi dəlillər və faktlar yer alıb. Sələcuqların, Səfəvilərin, Əfşarların və Qacarların İran mədəniyyətinin və dövlətinin formalaşmasında əhəmiyyəti və önəmi barədə ətraflı bəhs edilir.
Sözügedən sənədli filmi təqdim edirik.