Beynəlxalq Avrasiya Mətbuat Fondunun mükafatını alan Nemət Veysəlli kim idi? Dostları DANIŞIR

Mədəniyyət 16:33 27.03.2023

Xəbər veriyimiz kimi, martın 25-də jurnalist, publisist Nemət Veysəlli vəfat edib. 

Azərbaycan ədəbiyyatında, jurnalistikasında öz imzası ilə seçilən, yazdığı əsərləri ilə oxucular arasında böyük hörmət qazanan qələm sahiblərindən biri də Nemət Veysəllidir. 

Nemət Bayramalı oğlu Veysəlli 1941-ci il martın 21-də Füzulinin Yuxarı Veysəlli kəndində anadan olub. Yeddillik kənd məktəbini bitirdikdən sonra Xocavənd rayonunun beynəlmiləl orta məktəbində təhsil alıb. O, 1961–1964-cü illərdə Sovet ordusu sıralarında qulluq edib. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib.

İlk bədii publisistik yazıları "Araz", "Azərbaycan gəncləri", "Sovet kəndi", "Ədəbiyyat və incəsənət" qəzetlərində, "Qobustan" incəsənət toplusunda dərc edilib.  1975-ci ildə Azərbaycan Dövlət Tele-Radio şirkətində, radionun "Xəbərlər" informasiya redaksiyasında redaktor sonra isə "Azərbaycan qadını" jurnalında çalışıb. 1976–1993-cü illərdə Azərbaycan Yazıçılar İttifaqında, "Azərbaycan", "Ulduz" jurnallarının publisistika şöbələrində fəaliyyət göstərib.  

O,"Qobustan" incəsənət toplusunda şöbə müdiri (1999–2001), Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin orqanı olan "Mədəniyyət" gəzetində baş redaktor (2001–2006), "Qarabağın səsi" qəzetində baş redaktor (2007–2008) vəzifəsində çalışıb.

Ednews mərhum jurnalistin qələm dostlarından, həmkarlarından onu haqqında xatirələrini öyrənib. 

Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev Nemət Veysəllini xatırlarkən bildiridi ki, o, Azərbaycan jurnalistikasında, ədəbiyyatında, publisistikasında öz imzası ilə seçilən yazıçlardan idi. 

“Beynəxalq Avrasiya Mətbuat Fondunun yaranmasında, formalaşmasında Nemətin dəstəyi olub. Biz həmişə onun dəstəyini hiss etmişik. O, Azərbaycanın çox dəyərli, özünəməxsus bir ziyalısı idi. Onun ölümü bizim üçün çox böyük bir itkidir. Hesab edirəm ki, Nemət nümənivi bir ziyalı idi. Mən şəxsən I Qarabağ müharibəsinin ən kritik zamanlarında cəbhədə onunla görüşmüşəm. O, yazıçı kimi Füzulidə odlu-alovlu günlərdə ön sıralarda olub. Heç kim ondan təmənna etmirdi. O, “Azərbaycan Ordusu” qəzetində müxbiri, “Ulduz” və “Azərbaycan” jurnalında çalışıb. Qarabağda döyüşlər başlayanda Azərbaycan ordusunun sıralarına qatılmaq üçün dəfələrlər müraciət etsə də,  yaşının çox olduğuna görə ona müsbət cavab verilmədi. Onun “Azərbaycan Ordusu” qəzetində işə başlamağı cəbhəyə getmək arzusunu ifadə edirdi. Ordan ön cəbhəyə yollandı. Öz istəyinin reallaşması ilə o digər ziyalılara, həmkarlara, insanlara örnək oldu. 

"Düzlərin ağ işığı", "Evimiz yuxuma girir", "Salamat görməyimə şadam", "Haran ağrıyır, Vətən?" "Bəylər bəy", "Həyat sevən insan", "Şəhərlər, evlər, naxışlar", "Mənim müharibəm" kimi əsərlərin müəllifidir”. 

U.Mirzəyev əlavə etdi ki, Qarabağ od tutub yanırdı. Nemət də o insanlardan idi ki, özünü o oda-alova atdı və proseslərə biganə qalmadı. 

“Döyüşlərdən qayıtdıqdan sonra BAMF onu mükafatlandırdı. Həmin vaxtlar Çingiz Abdullayev, Yuri Pompeyev, Riçard Lapaitisdən sonra ilk sanballı mükafatımızı Nemət Veysəlliyə təqdim etdik. Horadiz əməliyyatı (1994) zamanı azad olunan kəndlərdən birisi də Aşağı Əbdürmanlı kəndi idi. Kənddə gedən bütün döyüşlərin birbaşa iştirakçısı Nemət olub. Bir əlində silahı, bir əlində qələmi ilə. Baş verənlərin şahidi olub. Bu cür insanlar örnək insanlardır, təqdir edilməlidir. Ruhu şad olsun, Allah rəhmət etsin”. 

Əməkdar mədəniyyət işçisi, nasir, publisist, Mustafa Çəmənli açıqlamasında qeyd etdi ki, Nemət Veysəlli gənclik illərinin dostu olub. 

“Yazıçı nəşriyyatında işlədiyim vaxtlarda onun ilk kitabının redaktoru olmuşam. Böyük kimi çıxmasın, adını da mən qoymuşdum. Rəssamlıqdan yazmışdı, həm də bəzi müğənnilər haqqında. Kitabın adını "Sehrkar səslər, əfsanəvi rənglər" qoyduq. Onun da xoşuna gəldi. Kitab 1984-cü ildə işıq üzü gördü. O zamanlar o, Azərbaycan jurnalından publistika şöbəsinin müdiri idi. O zaman bu jurnal çox böyük tirajla çap olundu. Publisitika ilə bağlı yazılırımı demək olar Nemət redakət edib, çap edirdi. Yadımdadır, opera müğənnisi, Azərbaycan və Türkmənistan Respublikalarının əməkdar artisti Xanlar Haqverdiyev haqqında çox geniş bir yazımı o jurnala təqdim etmişdi. O dövrdə redaktordan yazını keçirmək asan iş deyildi”. 

M.Çəmənlinin sözlərinə görə, Nemət həqiqətən zəhmətlə, əziyyətlə jurnalistika sahəsində imzasını qoymuşdu.  

“Nemət Bakı Dövlət Universitetinin jurnalistika ixtisasını bitirmişdi. Tez-tez görüşürdük. Nemət yazılarda müəyyən problemləri ortaya qoyurdu. Bu problemlər cəmiyyəti maraqlandıran məsələlər idi. Bu məsələlər müzakirələrə səbəb olurdu. Nemət müəllimin xarakterində elə şeylər vardı ki, danışmaqla bitməz. Bir dəfə hava limanından şəhərə piyada gəlmişdi ki, küçələrdə telefon köşklərindən hər hansı bir nömrələri yığsın. Eksperiment aparmışdı ki, Bakıda ruslaşma çoxalıbmı deyə. 11 evə zəng eləmişdi və 10-dan rus dilində, cəmi 1 nəfərdən ana dilimizdə cavab eşitmişdi. Dəhşətə gəlmişdi ki, paytaxtımızda nə qədər ruslaşma gedir. Söhbət sovet dövrünün, 80-ci llərinin söhbətidi. Qarabağ müharibəsi başlayanda yaşı imkan vermədiki orda iştrak etməyə. “Azərbaycan Ordusu” qəzətinə yazılıb cəbhə bölgələrinə üz tutdu. Adam orda nagah bir güllənin qurbanı ola bilərdi. Bu mənada Nemət vətənpərvər, cəsarətli insan idi. Öz şəxsiyyətiə hörmət edən, təvəzöklar, təmmənnasız, ləyaqətini gözləyən bir adam idi. Publisistkakımzda, jurnalistikamızda çox böyük xidmətləri olan insan idi.  “Mənim müharibəm”, “Evimiz yuxuma girir”, “Həyat sevən insan” və digər maraqlı, bədii kitabların müəllifi olmuşdur. Çox sevinirəm ki, sağlığında topraqlarımızın azad edilməsini gördü. 

Yazıçı Seyran Səxavət Nemət Veysəlli ilə dostluqlarının illərə dayandığını deyib. 

“Məndən 5 yaş böyük idi. İşdə də, ev şəraitində həmişə görüşmüşük. Onun mənim nəzərimdə möhtəşəm bir əsəri “Ağbaşlı toprağı” vardır. Veysəlli kəndi həmin torpağın üstündə yerləşir. Özünə də demişdim, bir romana bərabər əsər idi. O dövr üçün fağır adam idi, indiki dövr üçün isə son dərəcədə fağır adam olub. Onun çap olunmağına, hətta, kitablarının nəşr olunmağına mən kömək edirdim. Halal xoşu olsun. Füzulidəki ata yurdumuzda da dəfələrlə qonağımız olub. Qardaşlarım da onu tanıyıblar. Ailəmizdən biri kimi idi. O, böyük qələm sahibi idi, nəyin sahibi olduğunu mükəmməl bilirdi. İstiqanlı, mehriban adam idi, bu onun içindən gəlirdi. Ailəcanlı idi. Əslində ailəcanlı olmayan adam heç dostcanlı, qonşucanlı, vətəncanlı da ola bilmir. Ailəcanlı olmaq hər bir kişinin həyatında ilk məşqidir. Ailəni sevəndən sonra başlayırsan, kəndini, elini-obanı, vətənini sevməyə. Bir dəfə televiziyadan çağırış etmişdi ki, o ziyalılar oturub Bakıda, gəlmirlər getmirlər. Gəlib gedən olurdu, amma Nemətə elə gəlirdi ki, hamı səngərdə oturmalıdır. Çünki özü səngərdə oturdurdu. Səngər əhli ilə çox yaxın idi. Bir var mülkü jurnalist olasan, bir də var hərbi jurnalist. Fərq çox böyükdür. Onun üçün böyük ürək, vətənpərvərlik lazımdır. Bunların hamısı da Nemət də vardı”. 

Hərbi jurnalist İbrahim İbadoğlu isə Nemət Veysəllinin vətənpərvər, Azərbaycan ziyalısı, vətəndaşı kimi vətənə xidməti özünə borc bildiyini deyir. 

“Bu məqsədlə o, hərbi jurnaslitika sahəsində fəaliyyətə başladı. O vaxları “Azərbaycan Ordusu” qəzetinin baş redaktor müavini idim. Nemət isə müxbir kimi çalışırdı. Nemət böyüklə böyük, kiçiklə kiçik olmağı bacaran, öz böyüklüyünü hər bir addımda hiss etdirməyin öhdəsindən gələn bir ziyalımız idi. Baxmayaraq ki, aramızda yaş fərqi çox idi, amma bu yaş fərqini hiss etmək olmurdu. Çünki çox sadə, səmimi bir insan idi. Güclü qələmi vardı. Operativlik, məsuliyyət baxımından işində peşəkar idi. Nemət kəndinin Qarabağın işğal faktoru ilə barışmayan, öz həyatı boyu yaradıcılığı boyu işğalçılara qarşı öz qələmi ilə müabirzə aparan ziyalılarımızdan idi. Deyir, ya göründüyün kimi ol, ya olduğun kimi görün. Nemət həm görünydü kimi, həm də olduğu kimi görünən adam idi. Nemətlə bağlı o qədər danışmaq, yazmaq olar ki... Qorxmaz, çevik, cəsarətli, saf, peşəkar, bacarlıq adam idi. Allah qəni-qəni rəhmət etsin”.

Qazi jurnalist Rey Kərimoğlu isə bildirib ki, Nemət Azərbaycan jurnalistikasında hərbi yönümlü ilk jurnalislərimizdən biri idi.

“Qarabağın ağır günlərində hərbi informasiyanın hazırlanmasında, yayılmasında xüsusi xidməti olub. Hərbi jurnalistlərimizin sayı az idi. Çox yaxşı, peşəkar jurnalist idi. Çox böyük xidmətləri var. Ordumuzun o vaxtkı informasiya sisteminin formalaşmasında, yaranmasında Nemətin xidmətləri danılmazdı. Eyni zamanda yazılar yazıb, təkcə xəbərlər yox, ordunun ruhlanması, inkişafı istiqamətində çox gözəl yazıların müəllifidir. Müxtəlif media orqanlarında çap olunurdu. Müharibədə tanıdığım 5 hərbi jurnalistdən biri də Nemət olub. Allah rəhmət eləsin, ruhu şad olsun!”

Şair Vaqif Bəhmənli isə Nemət Veysəllini belə xatırlayır:

“Nemət Veysəlli çox istedadlı jurnalist olub. Rəssamlıqla, dekorativ sənətlə bağlı bir çox yazılar yazıb. Müharibə vaxtı da qələmini götürüb döyüş bölgəsinə yollananlardan biri olub. Eyni zamanda “Mədəniyyət” qəzetinin baş redaktoru olub. Bu tərzdə ciddi yazıların müəllifi olub. Məsələn, “Haran ağrayır, Vətən” kitabını misal gətirmək olar. Bundan başqa "Sehrkar səslər, əfsanəvi rənglər", "Sular qovuşan yerdə", "Mənim müharibəm" kimi əsərlərin müəllifidir. Bizim jurnalistika üçün ciddi itkidir. Allah rəhmət eləsin”.

Şair Nazim Əhmədli Nemət Veysəlli ilə 18 il qonşu olub:
 
 
“Nemət Veysəlli çox təmkinli, istedadlı bir adam idi. 18 il qonşu olmuşuq. Yazıçılar binasında. Cəbhə bölgələrinə həmişə gedəndə zəngləşirdik. Nemət müəllimin Füzuli bölgəsindən çox yazıları çap olunurdu. Nemət müəllim qorxmaz, cəsur insan idi. Bütün bölgələrimizə səfər edirdi, ordan qaynar yazılar yazırdı. Yoldaşlıqda, qonşuluqda olduqca yaxşı insan idi. Azərbaycan Yazıçılar Birliyinin nəzdində Bədii Ədəbiyyat təbliğ bürosunun “Milli Yaddaş” mükafatını ona təqdim etmişdik. Allah ona rəhmət etsin. Onu itirmək ağır itkidir. Fədakar insan idi. Gözəl hərbi jurnalist idi”. 
 
 
Tənqidçi, ədəbiyyatşünas Qurban Bayramov da mərhum jurnalist ilə qonşu olub. O, Nemət Veysəllini 3 xəttə tanıdığını vurğuladı:
 
 
“Nemət Veysəlli mənim üçün çox əziz insandır. Həm qonşum, həm qələm yoldaşım, həm də bir Qarabağlı kimi. Qonşu kimi çox mehriban, səmimi, xətri xoş olan, qayğıkeş insan idi. Qələm sahibi kimi də uzun illərdi mətbuata xidmət edib. Müasir publisistikanın fundamental şəxsiyyətlərindən biri idi. Obyektiv, həqiqətə xidmət edən yazılar yazırdı. 16-dan çox kitabı var. Qarabağlı olması isə Füzulidə doğulub, orada böyüyüb. Uşaqlığı ağır keçib. Bütün bunlara baxmayaraq “Azərbaycan Ordusu” qəzetində müharibənin qaynar nöqtələrində iştirak edib. Çiynində avtomat, əlində qələm. Müxtəlif qəzetlərdə, mətbuat orqanlarında işləyib. Kişi kimi yaşayıb, halal qələm sahibi olub. Allah rəhmət etsin. Ruhu şad olsun!” 
 

Oğuz Ayvaz

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Qırmızı dənizdəki gəmilərə hücumları davam etdirəcəyik"
21:55 10.07.2025
Mədə xərçəngi gələcəyimizi təhdid edir
21:22 10.07.2025
Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri başa çatıb
20:59 10.07.2025
Ermənistanın siyasi sistemi necə təmizlənir? - Analitik Baxış
20:22 10.07.2025
Rusiya azərbaycanlı miqrantlara "qırmızı işıq" yandıracaq?
19:57 10.07.2025
Baş nazirlə görüşə bir qab benzinlə gedən qadın saxlanıldı
19:27 10.07.2025
Sançonu heç kim istəmir
18:52 10.07.2025
Çalhanoğlu "İnter"də qalacaq
18:37 10.07.2025
Harvard Universiteti akkreditasiyasını itirə bilər
18:22 10.07.2025
Nəqliyyat naziri NASA-nın rəhbəri təyin olundu
18:07 10.07.2025
Gün niyə qısalır?
17:52 10.07.2025
Britaniya İranı təhdid kimi görür
17:37 10.07.2025
"Həmin Zaur" yayımlanmayacaq
17:22 10.07.2025
Roma Konfransı: Ukraynanın bərpası qlobal səviyyədə gündəmdədir
17:07 10.07.2025
Husilər Ben-Qurionu "vurdular"
16:52 10.07.2025
Bu ilin 6 ayı ərzində 103 kriminal qrup zərərsizləşdirilib
16:44 10.07.2025
"Almaniya Ukraynanın Aİ-yə üzv olmaq planlarını tam dəstəkləyir"
16:37 10.07.2025
“Vaqner”in tərkibində döyüşmüş Azərbaycan vətəndaşları həbs edildi
16:27 10.07.2025
Azərbaycan rəqəmsal ticarətsahəsində qlobal liderliyə doğru gedir
16:22 10.07.2025
"Rus məktəblərinin bağlanması gündəmdə deyil"
16:07 10.07.2025
"Kreml Ermənistanla Azərbaycan arasındakı birbaşa dialoqu alqışlayır"
15:52 10.07.2025
Qərbi Azərbaycan Televiziyasına yeni rəhbər təyin olundu
15:47 10.07.2025
Lavrov Marko Rubio ilə görüşdü
15:37 10.07.2025
"Napoli"nin Viktor Osimhenə görə "Qalatasaray"dan 75 milyon avro istəyir
15:22 10.07.2025
Lyayen vəzifəsində qaldı
15:07 10.07.2025
Qusarda cəsədi tapılan 27 yaşlı müəllimin ölüm səbəbi bilindi
14:52 10.07.2025
Daşnaksütyun üzvləri Ermənistanda terror törətməkdə ittiham olunur
14:38 10.07.2025
Makron Britaniyada daha bir qalmaqala səbəb oldu
14:23 10.07.2025
İlham Əliyevin Nikol Paşinyanla görüşündən hansı nəticələr əldə edildi?
14:17 10.07.2025
İrəvanda terror aksiyasına cəhd olub
14:08 10.07.2025
Ağdərədə minaya düşən şəxsin ayağı amputasiya olundu -YENİLƏNİB
14:06 10.07.2025
"Bacımın meyitini üç gün sonra götürə bildim, qardaşım hələ də itkindir"
13:59 10.07.2025
Prezident İlham Əliyev sessiya iştirakçılarına müraciət ünvanladı
13:55 10.07.2025
Texasdakı daşqınlarda azı 120 nəfər həlak olub
13:50 10.07.2025
Tokayev Trampa cavab verdi
13:35 10.07.2025
İtaliyada istidən 500 nəfər ölüb
13:20 10.07.2025
Məhbuslarla ziyarətə gələnlər arasında dava düşüb
13:05 10.07.2025
"Tətbiq edilən yeni yanaşmalar Qarabağın iqtisadi imkanlarının inkişafına da real təsir göstərir"
13:04 10.07.2025
Bricit Makronun qəribə davranışlarının səbəbi məlum oldu
12:50 10.07.2025
ABŞ-nin atom sualtı qayığının İslandiyada nə işi var?
12:35 10.07.2025
Hamısı