Özünə gizli toy eləyən, içkiyə qurşanıb ailəsini atan məşhur azərbaycanlı reper Maraqlı faktlar

Mədəniyyət 17:04 28.03.2023
Bu gün mərhum repçi Anar Nağılbazın doğum günüdür. Ednews repçi haqqında maraqlı faktları təqdim edir.
 
Anar Nağılbaz 1974-ci il martın 28-də Bakıda keçmiş millət vəkili Rizvan Cəbiyevin ailəsində dünyaya gəlib.
 
***
 
Atası onu jurnalist kimi görmək istəsə də, o, ürəyinin istəyini dinləyib Mədəniyyət və İncəsənət Univeristetinin televiziya rejissorluğu fakültəsinə qəbul olur.
 
***
 
1988- ci ildə hip-hopa maraq göstərən Anar Nağılbaz reper kariyerasına 1990-cı ildə başlayıb. İlk dəfə Kırımda Artek düşərgəsində rep deyib. Beləliklə Azərbaycanın ilk repçisi kimi tarixə düşüb.
 
1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" rep mahnısını ifa edən Anar həmin il Yaltada keçirilən beynəlxalq festivalın qalibi olub.
 
***
 
Çılğın gənclik həyatı yaşayan Anar bir müddət ədəbi yaradıcılıqla da məşğul olub. Yaradıcılığa ilk dəfə nağıllarla başlayan reper bu səbəblə özünə Nağılbaz təxəllüsünü götürüb. Özü bu təxəllüsü götürməsini belə izah edirdi: “Hər kəsə aşılamaq istəyirdim ki, hər bir kəs öz həyatının nağılının bazı olmalıdır. Həm də bir nağılçı kimi məişətdə, cəmiyyətdəki nağıllarımızı rep diliylə, şeir diliylə yaradırdım.”
 
***
 
90- cı illərdə “Kirpi” jurnalında, “Naxçıvan” qəzettində müxbir kimi fəaliyyət göstərən Anar Nağılbazın bir sıra universitet və mdəniyyət saraylarında tamaşaları səhnəyə qoyulub. Yazdığı “Meşə nağılı” tamaşasında Mixail Qorbaçovu donuz, Azərbaycanı isə qurd obrazı kimi canlandırıb.
 
***
 
Konsertlərdən qazandığı gəlirlə “Bakı oğrusu” filmini çəkib. Bu onun Azərbaycan Dövlət və Mədəniyyət Universitetində televiziya rejissoru kimi onun diplom işi olub.
 
***
 
Şəxsi həyatı xeyli qarışıq münasibətlərə yadda qalan reper ilk dəfə 2000-ci ildə bir milyarderin qızı ilə nişanlanıb. Amma bu münasibət uzun müddət davam etməyib. Hər iki tərəfin razılığı ilə nişan pozulub.
 
İlk oxu daşa dəyən reper bir müddət sonra Anjelika adlı xanımla eşq yaşayır. Evlilik məqamına gəldikdə qızın ailəsi bu izdivaca razı olmur. Anjelikanın ailə üzvləri toy məcilisində iştirak etmir. Cütlük qarşıda dayanan maneələrə baxmayaraq ailə qurmağa nail olsa da, bu ailəni ayaqda saxlamağı bacarmır. Anarın içkiyə qurşanması ailəni uçuruma aparır. Anjelika iki övladını götürüb Anarı tərk edir.
 
***
 
2015-ci ildə Azərbaycanı tərk edib Çexiyada mühacir həyatı yaşayıb.
 
***
 
2018-ci ildə vətənə qayıdan reper internetdə tanış olduğu Aytən adlı xanımla tanış olur. Xarici ölkədə işləyən xanım işdən icazə alaraq Bakıya Anarın ailəsi ilə tanış olmaq üçün gəlir. Mediadan gizlin ailə quran Anar Nağılbaz təntənəli toy mərasimi keçirməyib. Lakin xanım rəsmi nikahdan sonra Bakıdan getməli olub. Reperin anası müsahibələrində Anarın ikinci həyat yoldaşının ağır xərçəng xəstəsi olduğunu qeyd edib.
 
***
 
Sirrozdan əziyyət çəkən Anar Nağılbaz, 2018-ci il avqustun 4-də evə qayıdandan sonra vəziyyəti pisləşmişdi. Ailəsi ona təcili yardım maşını çağırısa da, Anar Nağılbaz xəstəxanaya gedərkən daxili qanaxmadan yolda keçinib. Azərbaycan mətbuatında repçinin ölüm səbəbi spirtli içkini həddən artıq qəbul etməsi səbəbindən daxili qanaxma kimi qeyd olunur. Masazır qəbiristanlığında torpağa tapşırılıb. 
 
“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı