Qısa zamanda böyük heyran kütləsi qazanan, mahnıları dildən-dilə dolaşan möhtəşəm səs Koray Avcı Bakıda konsert proqramı ilə çıxış edəcək.
Ednews xəbər verir ki, konsert mayın 1-də Bakı Konqres Mərkəzində baş tutacaq.
Türkiyəli sənətçi ən sevilən musiqiləri ilə sevənlərinin qarşısına çıxacaq.
Event Office tərəfindən həyata keçirilən bu tədbirin gəlirinin bir hissəsi TÜİB (Türkiyə -Azərbaycan iş adamları və sənayeçiləri İctimai Birliyi) vasitəçiliyi ilə Türkiyədəki zəzələdən zərərçəkmişlərə bağışlanacaqdır.