Televiziya Muğam Müsabiqəsi və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi, Prezident təqaüdçüsü xanəndə Pərviz Qasımov Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə yeni mahnı ərsəyə gətirib.
Ednews xəbər verir ki, xanəndənin “Ata” adlı mahnısının sözləri Əməkdar İncəsənət Xadimi şair Baba Vəziroğlu, musiqisi isə ifaçının özünə aiddir. Mahnının aranjemanı Taleh Ağayev, rejissor işi isə Natiq Novruzova məxsusdur.
Layihəsi Türkiyə mətbuatında da işıqlandırılan xanəndə Pərviz Qasımov öz açıqlamasında mahnıya klip çəkiləcəyini də qeyd edib.


Törə Zeynal