İranın Azərbaycandakı "Mədəniyyət Mərkəzi" bağlanıb.
Ednews "Azad İran" teleqram kanalına istinadən xəbər verir ki, bu barədə "İRNA" məlumat yayıb.
Bildirilib ki, İranın Bakıdakı "Mədəniyyət Mərkəzi"nin fəaliyyəti dayandırılıb. Həmçinin Mədəniyyət Mərkəzinin rəhbəri iki ölkə arasında yaşanan son gərginlik səbəbindən ölkəni tərk edib.