Rəssam Fransuaza Gilot 102 yaşında vəfat edib.
Ednews xarici mediaya istinadən xəbər verir ki, Gilot təkcə rəssam kimi deyil, həm də kult ispan rəssamı Pablo Picasso ilə romantik münasibəti ilə tanınır. O, hətta "Pikasso ilə həyatım" kitabını da yazıb.
Gilot 1921-ci ildə Parisin Neuilly-sur-Seine qəsəbəsində anadan olub. Onun ilk sərgisi 1943-cü ildə Parisdə baş tutub. Sonra Pikasso ilə tanış olub. Pikasso ondan 40 yaş böyük olub. 1948-ci ildə onlar bir yerdə yaşamağa başlayıblar və bu münasibətdən Klod və Paloma adlı övladları dünyaya gəlib.
Oğuz