Məşhur müğənni Alla Puqaçova Moskvadakı Kuzminsk qəbiristanlığında özünə məzar yeri alıb.
Ednews rus mediasına istinadən xəbər verir ki, sənətçi ailə məzarlığının tikilməsi üçün artıq inşaatçıları işə cəlb edib.
Məlumata görə, Allanın hazırlatdığı ailə məzarlığının ətrafına hasar çəkiləcək və üzərinə xüsusi gerb həkk olunacaq.
Primadonna 2011-ci ildə 60 yaşında vəfat etmiş qardaşının yanında dəfn edilmək istədiyini qeyd edib.
Xatırladaq ki, Alla Puqaçova Rusiyanın Ukraynaya müharibə elan etməsinə etiraz edərək ailəsi ilə İsrailə köçmüşdü.
Oğuz