ABŞ-ın Ayova Ştatında Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzayev, Rokfellər Fondunun prezidenti Dr.Rajiv Shah ilə görüşüb.
Ednews xəbər verir ki, O, bu barədə facebook sosial şəbəkə hesabında məlumat verib.
Fondun prezidenti həmçinin "Dünya Ərzaq Mükafatı" Fondunun tədbirində yeni nəşr olunan "Böyük mərclər" adlı kitabının təqdimatında iştirak edib.
"Rokfeller Fondunun prezidenti Dr. Rajiv J. Shah'ın ABŞ-ın Ayova ştatında keçirilən "Dünya Ərzaq Mükafatı" Fondunun tədbirində yenicə nəşr etdirdiyi "Böyük mərclər" adlı kitabının təqdimatında iştirak etdim. Kitab onun öz karyerasından, Fondun 110 illik tarixindən, uğurlu liderlərin hekayələrindən və real hadisələrdən ibarətdir. Heidi Kuhnün dəvəti ilə iştirakçısı olduğumuz tədbirdə Raciv Şahla tanış olmaq şansımız oldu və o müəllifi olduğu kitabın ölkəmizdə tərcüməsi və nəşri ilə bağlı istəyimizi məmnuniyyətlə qarşıladı".
Xəyal Ramiz