Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Astana şəhərində keçirilən TDT-nin yubiley tədbirində türk ölkələrinin vahid əlifbasının yaradılması təşəbbüsünü irəli sürüb. Türkiyə mətbuatı xəbər verir ki, təklif artıq Türkiyənin adından Türk Dövlətləri Təşkilatının katibliyinə də təqdim edilib.
Bu barədə Ednews-a millət vəkili Sabir Rüstəmxanlı münasibət bildirib ki, bu onun 30 illik davasıdır:
"Həmişə demişəm: türk xalqlarının bir əlifbası olmalıdır. 30 il əvvəl yazmışdım ki, əlifba dövlət işidir, milli işdir, qərarı dövlətlər verməlidir, bu işi dilçilərin öhdəsinə buraxmaq olmaz! Bu günkü mənzərəni görürük. Hər türk dövlətində “dilimizdə bu səs də var, buna da hərf, işarə lazımdır, deyib çox eybəcər bir durum yaratdılar. Kirildən fərqlənmir. Bu, uzun söhbətdir, bu barədə geniş yazmaq istəyərəm. İnşallah Ərdoğan bu fikri qəbul etdirər".
Oğuz