Oğlu tərəfindən illərlə aldadılan, gülə-gülə ölən Azərbaycanın böyük gülüş ustası – Maraqlı faktlar

Mədəniyyət 12:00 13.11.2023

Bu gün Azərbaycanın görkəmli sənətkarı, yumoristik obrazların mahir ifaçısı, Xalq artisti Əliağa Ağayevin anım günüdür. Ednews mərhum aktyorun həyatı haqqında maraqlı faktları təqdim edir.

1913-cü ildə Bakıda anadan olan Əliağa Ağayev anasını 2 yaşında olanda itirib. Onun 5 yaşı olanda atası ermənilər tərəfindən qətlə yetirilib. Ailədə üç qardaş olublar. Qardaşlarından biri, Mirzəağa 1937-də ildə repressiyaya uğrayıb.
Valideynlərini erkən yaşlarında itirən Əliağa 7-ci sinfi bitirən kimi gəmi təmiri zavodunda çilingər kimi işə düzəlir ki, çörəkpulu qazansın. Eyni vaxtda zavodun dram dərnəyinə də yazılır.

336886987_227964829744156_3234239981610181381_n.jpg

Əliağa Ağayev 1936-cı ildə Gənc Tamaşaçılar Teatrının (əvvəlki adı Fəhlə Uşaqlar Teatrı idi) kollektivinə daxil olub. Peşəkar teatrda səhnəyə ilk dəfə Jül Vernin "Kapitan Qrantın uşaqları" dramının tamaşasında Dlk rolunda çıxıb. Qısa müddətdə fitri istedadı ilə teatrın yaradıcılıq iqlimini mənimsəyən Əliağa Ağayevə tədricən repertuarın əksər tamaşalarında rollar tapşırılıb.

Səhnədə tərəf-müqabili olan gənc aktrisa Cəvahir İsgəndərova ilə ailə həyatı qurub. Onların münasibətindən xəbər tutan Ağadadaş Qurbanov bir gün Əliağanı yanına çağırır. Deyir, bu qız mənim teatr truppamda yetişib, bu teatrın səhnəsinə çıxıb: “Mənə öz balam kimi əzizdir, sən də yaxşı oğlansan, ona qarşı münasibətin ürəkdən deyilsə uzaqlaş, ürəkdəndirsə, gecikmə, yaxınlaş”.

336801064_214375617843326_7556831718623027551_n.jpg

***
Çox güclü hafizəsi olub Əliağa Ağayevin. Rolun sözlərini bircə dəfə oxumağı bəs edirmiş ki, çaşmadan, zamanında deyə bilsin.

Müxtəlif çeşidli rolları, xüsusən "O olmasın, bu olsun" bədii filmindəki Məşədi İbad obrazı ilə respublikadan kənarda da şöhrətlənən Əliağa Ağayev 1961-ci ilin payızında Akademik Milli Dram Teatrının kollektivinə qəbul olunub. 

DwP3Op6U8AAG867.jpg

Oynadığı “Hacı Qara” tamaşasına baxan Mircəfər Bağırov tamaşadan sonra onu yanına çağırtdırır. Oynadığı obraza görə heyranlığını ifadə edir. Ondan fəxri ad alıb-almadığını soruşur. Bir müddət sonra Əliağa Ağayevə “Əməkdar artist” fəxri adı verilir.

Əliağa Ağayev SSRİ Xalq artisti fəxri adından imtina edib. Bu ada görə aktyora Kommunist Partiyasına keçməsi təklif olunub. Lakin o, heç bir partiyaya üzv olmaq istəməyib. Gənc Tamaşaçılar Teatrında ilk və o vaxtlar yeganə Xalq artisti Əliağa Ağayev olub.

336876192_786730952872931_4389759855774560276_n.jpg

***

Əliağa Ağayev Məşədi İbadı oynayanda qara, gur saçları olub. Film təbii alınsın deyə özü saçlarını dibindən qırxdırıb.
Quranı o dərəcədə yaxşı bilirmiş ki, yas məclislərində mollalara səhv tuturmuş ki, bu yerini düz oxumadın.

Səhnə görkəmi ilə ağır olan Əliağa Ağayev obrazın ifasında çox sərbəst, hərəkətlərində çevik, danışığında duzlu və məzəli idi. Yaradıcı aktyor obrazın xarakterini ilk əvvəl danışıqda tapır, sonra onun bədii məzmununa uyğun formanı dəqiqləşdirirdi. Əliağa Ağayev ilk növbədə komik xarakter aktyoru idi və buna görə də komizmi zahiri əlamətlərdə deyil, surətin təbiətində, daxili varlığında, düşüncə tərzində canlandırmağa üstünlük verirdi. 

626b9d70e7604626b9d70e76051651219824626b9d70e7602626b9d70e7603.jpg

***

İki oğlu bir qızı olub. Övladlarından heç birinin onun yolunu davam etdirməsini istəməyib. Ancaq oğlu Vaqif ondan gizlin o vaxtkı İncəsənət İnstitutunun rejissorluq fakültəsinə qəbul olunmağı bacarıb. Hər il atasına “Politexnik”ə hazırlaşıram” deyə yalan satan Vaqif Ağayev yalnız diplomunu alandan sonra onu atasına göstərib həqiqəti etiraf etmişdi.

***

İşə ictimai nəqliyyatla gedib-gəlirmiş ki, arıqlasın. Sonuncu çəkildiyi film olan “Evlənmək istəyirəm”in çəkilişləri zamanı Əliağa Ağayevin səhhətində nasazlıq olub. Filmin rejissoru Cahangir Mehdiyev danışır ki, biz onu qızdırmanın içində çəkdik:

“Dedim, çəkilişi təxirə salaq, sizə ziyanı dəyə bilər, razılaşmadı. Həkim çağırıb iynə vurdular, temperaturu bir az düşdü, çəkdik, çəkilişdən sonra təcili yardımla getdi”.

336874264_1001187770866956_8941800349090412696_n.jpg

Aktyorun oğlu danışır:

"Bir gün trolleybusla gedirmiş, görüb ki, cavan bir oğlanın qanı bərk qaradı, heç özündə deyil. Soruşub ki, sənə noolub? Oğlan da deyib ki, çoxuşaqlı ailəyik, evdə hamı gözləyirdi ki, mən instituta qəbul olunacam, amma bir balım çatmır. Atam oğlanın fikrini dağıtmaq üçün əvvəl zarafat eləyib, deyib ki, onlara bal lazımdı, yaxşı bal tapaq aparaq verək də. Nə isə, oğlana deyib ki, gedək mənimlə o instituta, görək nə deyirlər. Qəbul komissiyasının üzvlərinə oğlanın ailə vəziyyətini başa salıb, oxumaq həvəsini nəzərə almalı olduqlarını deyib və işi yoluna qoyub. Sonra bir gün həmin oğlan rayondan bizə pay gətirdi, amma atam onun gətirdiyini geri qaytarıb başa saldı ki, bir də belə iş tutmasın, elə bilməsin ki, Əliağa Ağayev elədiyi yaxşılığın qarşılığını gözləyən adamlardandı. Sənətkarlığından əlavə, həm də belə xeyirxah xasiyyətinə görə xalq onu çox istəyirdi. İstər yaşıdı, istərsə də gənc həmkarlarına qarşı da çox xeyirxah idi." 

***

"Papaq" filminin hamam səhnəsi çəkilərkən istirahət vaxtı aktyor Əliağa Ağayev çölə çıxır  ki, bir az hava alsın. Hamamın qabağında oturur. Bir nəfər "Volqa"da keçəndə görür ki, məşhur aktyor oturub. Tez maşını saxlayıb deyir: 
- Əliağa qədeş, mənə görə nə qulluq? 
Aktyor kişiyə deyir: 
- Qulluq sahibi olasan. Bir az sərin qarpız-yemiş, təzə meyvə gətirsən, yaxşı olar. 
Kişi "baş üstə" - deyib gedir. Bir azdan əlində yekə məcməyidə qarpız, yemiş, sərin pivə, meyvə-tərəvəz gətirir. Əliağa Ağayev  yeməyə başlayır. Kino çəkənlər, texniki işçilər hərə bir tərəfdən gəlib birini götürür. Əliağa Ağayev deyir: 

- A bala, bir-bir götürün… 
İşçilərdən biri soruşur:
- Əliağa əmi,  "obşiy" deyil bu? 
Əliağa Ağayev özünə məxsus səslə deyir:
 - Adə, hamam obşidi. Bu mənimdü...

1511148_609660812433549_903189004_n_1651220268.jpg

***

1983-cü il noyabr ayının 3-də 70 illik yubileyi ərəfəsində dostları ilə kafedə oturub yeyib-içən zaman danışdığı lətifəyə necə ürəkdən gülübsə, ürək damarları partlayıb və aktyor elə güldüyü yerdəcə dünyasını dəyişib. Hətta onun bu ani ölümünü dostları Əliağanın növbəti zarafatı hesab ediblər, əvvəl inanmayıblar. Sonra görüblər, doğrudan da dünyasını dəyişib.

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Bəzi yerlərə leysan və qar yağıb, Şahbuza dolu düşüb
10:40 15.05.2025
İlham Əliyev Albaniyanın Baş nazirini təbrik edib
10:20 15.05.2025
İsveçin Latviyadakı NATO kontingenti ekoloji və sanitar problemlərlə üzləşib
10:19 15.05.2025
“ChatGPT” dünyada ən çox ziyarət edilən beşinci sayt olub
10:11 15.05.2025
Türk dünyasının görkəmli şəxsiyyətləri ilə bağlı ortaq elmi layihələrin icrası müzakirə edilib
10:01 15.05.2025
Bakıda növbəti Autizm Festivalı keçiriləcək
06:06 15.05.2025
San Fransiskoda “ABŞ-Avrasiya Enerji və Ətraf Mühit Forumu” keçirilir
05:37 15.05.2025
Bakıda “Nesvij – dünya mədəni irsi” sərgisi açılacaq
03:16 15.05.2025
“Bolonya” “Milan”ı məğlub edərək İtaliya Kubokuna sahib çıxıb
01:11 15.05.2025
“Qalatasaray” Türkiyə Kubokunun qalibi olub
00:14 15.05.2025
Bu gün Beynəlxalq İqlim Günüdür
00:03 15.05.2025
BAMF Himayəçilik Şurasının 2025-ci ildəki ikinci iclası keçirilib
14:59 14.05.2025
Pərdənin O Üzü: Merilin Monro və Azad Qadının Səhnəsi
13:53 14.05.2025
Yaponiyada hərbi təyyarə qəzaya uğradı
13:17 14.05.2025
Pirəkəşküldə müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
13:14 14.05.2025
Trampın xüsusi nümayəndəsi: ABŞ Azərbaycana "İbrahim Sazişləri"nə qoşulmağı təklif edəcək
13:12 14.05.2025
Türkiyədəki “Azərbaycan Kinosu Günləri” çərçivəsində növbəti tədbir İstanbul Universitetində keçirilib
13:05 14.05.2025
Lənkəranda Azərbaycan Retinoloqlarının 9-cu konfransı keçiriləcək
13:01 14.05.2025
Azərbaycan və Moldova enerji əməkdaşlığını genişləndirməyi müzakirə ediblər
12:56 14.05.2025
Günəşdə güclü partlayış baş verib
12:49 14.05.2025
“Maarifçi” proqramına qəbul olmaq üçün 2037 nəfər imtahan verəcək
12:46 14.05.2025
Perunun hökumət başçısı istefa verib
12:43 14.05.2025
"İranın nüvə silahı əldə etməsinə yol verməyəcəyik"
12:38 14.05.2025
Azərbaycan Gürcüstanla poçt əməkdaşlığını genişləndirir
12:32 14.05.2025
Azərbaycanda İƏT-in Zirvə görüşü keçiriləcək
12:29 14.05.2025
Vətəndaşlara ŞAD XƏBƏR - Azad edilmiş rayonların daha səkkizinə maşınınızla gedə biləcəksiniz
12:25 14.05.2025
Türkiyə MMU-nun nümayəndə heyətinin ölkəmizə səfəri davam edir
12:18 14.05.2025
Tailandda bir məbəddə qədim buddist xəzinəsi tapılıb
12:08 14.05.2025
Almaniyada inflyasiyanın səviyyəsi 2,1 faizə enib
12:04 14.05.2025
Azərbaycanlı skripkaçının növbəti uğuru
12:01 14.05.2025
Kann Film Festivalı: Robert De Niroya fəxri “Qızıl Palma budağı” təqdim olunub
11:58 14.05.2025
Lüksemburqda Avropa Şurasının 134-cü sessiyası başlayıb
11:55 14.05.2025
Tramp Suriyanın keçid dövrü prezidenti ilə görüşüb
11:47 14.05.2025
ETSN-də Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib
11:36 14.05.2025
İranla "Avropa üçlüyü" Türkiyədə görüşəcək
11:33 14.05.2025
Bu ilin 4 ayında 17 mindən çox şəxsə əlillik təyin olunub
11:28 14.05.2025
Prezident İlham Əliyev paraqvaylı həmkarını təbrik edib
11:17 14.05.2025
Cənubi Koreya Azərbaycana yeni səfir təyin edib
11:08 14.05.2025
Alimlər həyəcan təbili çalırlar: Ev pişikləri yeni ölümcül pandemiyaya səbəb ola bilərlər
10:55 14.05.2025
Aİ səfirləri Rusiyaya qarşı 17-ci sanksiya paketini təsdiqləyib
10:49 14.05.2025
Hamısı