Kitabının qonorarı ilə maşın alan, fəxri ada görə insult keçirən azərbaycanlı yazıçı - Maraqlı faktlar

Mədəniyyət 13:00 15.11.2023

Bu gün yazıçı Salam Qədirzadənin anım günüdür. Ednews mərhum yazıçı haqqında maraqlı faktları təqdim edir.

Salam Dadaş oğlu Qədirzadə 1923-cü ilin aprel ayının 10-da Bakı şəhərində anadan olub. Ona qədər nəsillərində heç kim yazıçılığa meyl göstərməyib. Valideynləri sadə adamlar olublar. Ticarətlə məşğul olan atası ailəsinin ruzisini balaca dükandan gələn gəlirdən çıxarıb. Anası Ziba isə evlərində dərzilik edib. Onların hər ikisinin də əsilləri Maştağadan olub. Sonradan Bakıya köçüblər. Salam evin ikinci uşağı olub. Ondan böyük bir bacısı varmış. Ondan sonra ailələrində dörd qız, bir oğlan uşağı da dünyaya göz açıb.

***

O, hələ uşaqlıqdan şeir və hekayələr yazır, ədəbi dərnəklərdə iştirak edirmiş. Ancaq o dövrdə onu təkcə ədəbiyyat maraqlandırmayıb. Musiqini o qədər sevib ki, hətta tar çalmağı öyrənməyə qərar verib. Bu sahədə təhsil almaq üçün sənədlərini götürüb musiqi məktəbinə gedib. Onların musiqi qabiliyyətini bəstəkar Üzeyir Hacıbəyov yoxlayırmış. Növbə ona çatanda o, tarda bir musiqi ifa edib. Üzeyir bəy deyib ki, bala, sən bu sənəti at, tarzən olmaq sənlik deyil. Sonralar bu xatirəni yada salar, gülə-gülə Üzeyir bəyə rəhmət oxuyarmış. Çünki bəstəkarın məsləhətindən sonra o, yenidən ədəbiyyata meyl edib.

Atasını erkən yaşda itirən Salam Qədirzadə 1941-ci ildə orta məktəbi bitirən kimi könüllü olaraq cəbhəyə yola düşüb. Cəbhədə rabitəçi işləyib . Döyüşlər zamanı dəfələrlə yaralanıb, dönə-dönə ölümlə üzləşib. Bu vaxt onun 18 yaşı olub. 1941-1945-ci illərdə o, Şimali Qafqaz, Kuban, Qərbi Ukrayna, Polşa, Bessarabiya, Rumıniya, Çexoslovakiya, eləcə də Almaniyanın faşistlərdən azad edilməsində sıravi döyüşçü kimi iştirak edib, cəbhələrdə göstərdiyi şücaətə görə III dərəcəli Şöhrət ordeni, İgidliyə görə və daha yeddi medalla təltif olunub, Baş Ali Komandanlıq tərəfindən fərqləndirilib.

***

Müharibə illəri sonradan yazıçının bir sıra əsərlərində öz əksini tapır. 1946-cı ildə ordu sıralarından tərxis olunduqdan sonra Salam Qədirzadə Sumqayıt şəhərində 18 saylı fabrik-zavod təhsili məktəbində müdir müavini vəzifəsinə təyin edilir. 1948-ci ildə isə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin qiyabi şöbəsinə daxil olur və eyni zamanda Mərkəzi radionun yerli verilişləri üzrə məsul redaktoru vəzifəsində çalışmağa başlayır.

***

1949-cu ildə Azərbaycan Yazıçılar İttifaqının zəmanəti ilə Salam Qədirzadə Moskvadakı M. Qorki adına Ədəbiyyat İnstitutuna təhsil almağa göndərilir. Onun hələ tələbə ikən diplom işi olaraq yazdığı “Gənclik” povestini Rusiyanın məşhur “Detgiz” nəşriyyatı ayrıca kitab şəklində nəşr edir. Moskvada Nəbi Xəzri, Əli Kərim, İsa Hüseynovla bir dövrdə oxuyub, yataqxanada eyni otaqda qalıb, möhkəm dost olublar. Kasıb tələbə gənclər təqaüdlə güclə dolanıblar, çox vaxt heç çörək almağa da pul tapmayıblar. Salam Qədirzadə danışarmış ki, ac vaxtları çox olub… Onlar bəzən Moskva yeməkxanalarında masaların üstündə pulsuz qoyulan çörək və xardal götürüb yeyərmişlər ki, ürəklərində durum olsun.

Moskvada oxuyarkən Roza adlı rus qadınla ailə qurur. Bu evlilikdən onların iki övladı doğulur. Ruslan və Leyla. Oğlunun adını Puşkinin “Ruslan və Lyudmila” əsərindən götürüb. O, 1952-ci ildə təhsilini başa vurduqdan sonra həyat yoldaşı ilə birgə Vətənə qayıdır. Burada gənc yazıçı 8 il Azərbaycan Yazıçılar İttifaqının orqanı olan “Azərbaycan” jurnalının məsul katibi vəzifəsində işləyir. 1960-cı ildə S. Qədirzadə “Kirpi” satirik jurnalının məsul katibi təyin olunur və 1966-cı ilədək həmin vəzifədə çalışır.

***

Salam Qədirzadə 35-dək kitab müəllifidir. Onun “Qış gecəsi”, “46 Bənövşə”, “Kəndimizdə bir gözəl var”, “Sevdasız aylar” kimi romanların müəllifidir. S. Qədirzadə həm də «Şirinbala bal yığır», «Haradasan, ay subaylıq», «Həmişəxanım», «Gurultulu məhəbbət», «Gözəllik ondur» kimi respublikamızda və onun hüdudlarından kənarda tamaşaya qoyulan komediyaların müəllifidir. «46 bənövşə» kitabına verilən qonorara özünə avtomobil alıb.

***

Həyat yoldaşı Roza Qədirova milliyyətcə rusdur. Yazıçı onunla elektrik qatarında tanış olub. Roza xanım da Qorki adına İnstitutda oxuduğundan onlar hər gün eyni qatarda rastlaşırmışlar. Yolboyu kitab oxuyan rus gözəl Salam Qədirzadənin gözündən yayınmır. Roza xanım həmin günləri belə xatırlayır: Bir gün qatarda yenə rastlaşıb, tanış olduq. 6-7 nəfər idilər. Nəbi Xəzri, Əli Kərim, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov, Salam… Onlar Peredelkino kəndində yaşayırdılar. İnstitutun yataqxanası orada idi. Kasıb yaşayırdılar. Salam danışırdı ki, Bayramlarda Moskvada Ədəbiyyat İnstitutunda oxuyan gənclərin paxlava, şəkərbura paylarını Səməd Vurğun apararmış. Onların ehtiyac içində yaşadıqlarını, korluq çəkdiklərini görən şair bəzən soyuq qış aylarında birinə şərfini, birinə papağını verib.

Yazıçı bir gün cəsarətini toplayıb qıza könül açıb, məhəbbətinin qarşılıqlı olduğunu öyrənəndə, sanki dünyanı ona bağışlayıblar. İlk görüşlərində bir-birlərinə ayrı keçən illərindən danışıblar. Roza xanım ondan heç nəyi gizlətməyib. Amma Salam Qədirzadə bir məsələni sevgilisindən sirr saxlayıb, ona Bakıda heykəltəraş qızla nişanlı olduğunu deməyib.

***

Qızı Leyla xanım xatirələrində birində belə deyir: 1952-ci ildə atamın tələbəlik illəri sona yetir. Moskvayla vidalaşmaq vaxtı yaxınlaşır. Ancaq könlünü ovlayan gözəldən həmişəlik ayrılmağı ağlına da gətirmir. Elə qız da onsuz yaşamaq barədə düşünmək belə istəmir. Dostlarını restoranların birinə toplayır, xudmani məclis qurub evlənirlər. Atamın Moskvadan gözəl bir qızla dönməsi anasını, qardaş-bacısını çaşdırsa da, giley-güzar etmirlər. Həm də ona görə ki, atamı çox istəyir, onu özlərinə ağsaqqal bilir, bir sözünü iki etmirdilər. Həm də anlayırdılar ki, könülə güc yoxdur. Sevgilisinə görə doğmalarını qoyub-gələn qərib gəlini incitməyə də ürəkləri gəlmir. Ona «Salamın nişanlısı var», - deməyə utanırlar. Gəlini mehribanlıqla qarşılayırlar. Heç atamdan soruşmurlar da ki, bəs indi biz neyləyək, nişanlısına, ailəsinə nə cavab verək. Bacıları özləri məsələni yoluna qoyurlar.

Yazıçı Roza xanımla evlənəndən sonra bir dəfə onu Yazıçılar İttifaqına aparır. Orada Roza xanım Səməd Vurğunla tanış olur. Səməd Vurğun Moskva həyatını xatırlayıb gülümsünür: “Demək belə, məhəbbət Vətənə qalib gəldi”.

***

Çox zarafatcıl, şən adam olan Salam Qədirzadə bəzən heç kimin gözləmədiyi şəkildə tələbkar olub. Həyat yoldaşı onu həddindən artıq sevib. Ondan vətəni və qohumları üçün darıxmadığını soruşanda cavabı belə olurmuş: Mənim üçün Salamdan əziz heç kim yoxdur. Öləndə məni də onun yanında dəfn edin…

Bir dəfə kolxozda briqadir işləyən 60-65 yaşlarında bir kişi Salam Qədirzadənin evinə gəlib ona bir neçə şeir oxuyur və əlavə edir ki, o, yazıçı olmaq istəyir. Salam Qədirzadə ondan soruşur:

Mən də briqadir ola bilərəm?

- Yox, nə danışırsınız, bunun üçün oxumaq, təcrübə lazımdır.

- Bax, şeiri yazmaq üçün də istedad lazımdır. Bir də unutmayın ki, şeiri yazan şair olur, yazıçı yox.

Kişi ona olunan dəvətə baxmayaraq, çay içmədən, çörək yemədən qovluğunu qoltuğuna vurub, tələsik çıxıb gedir.

***

İnstitutda oxuyanda məşhur bir evdə-yazıçı Fadeyevin bağ evində qalıblar. Oranı sonralar yaradıcılıq evinə çevirdilər. Amma onların təhsil aldıqları illərdə Fadeyevin bağ evi yataqxana binası kimi tələbələrin ixtiyarında olub. Azərbaycanlı tələbələr - Əli Kərim, Nəbi Xəzri, İsgəndər Coşqun, Cabir Novruz, İsa Hüseynov və Salam Qədirzadə hər gün Peredilkinodan şəhərə elektrik qatarıyla gedib-gəliblər.

Ona yaxşı vəzifələr təklif edib, məsuliyyətli iş tapşırırmışlar. Bacardığı qədər onlardan imtina edib. Dövlət işlərindən kənar durmasını özü daha çox yazıçılığıyla bağlayıb: «Nəyimə lazımdır vəzifə?» deyərdi. - «Mənimki odur, çəkilim bir tərəfə, əsərlərimi yazım». . Hətta Şıxəli Qurbanov ideologiya üzrə katib işləyəndə Salam Qədirzadəni “SK”-ya şöbə müdiri qoymaq istəyib, razılaşmayıb. Deyib ki, mən yazıçıyam, vəzifə adamı deyiləm.

***

Baməzə adam olub. Bir dəfə gül ticarəti ilə məşğul olan pullu dostları onu və Qabili Buzovnaya qutab qonaqlığına çağırır. Qabil də təzəcə kitab kimi çıxan “Nəsimi” poemasını ona hədiyyə edir. Salama deyir, o qədər yazmışam ki, avtoqrafa söz tapa bilmirəm, səncə, bu kitaba nə yazım? Salam cavab verir: “Heç nə, yaz ki, ver qutabı, al kitabı. Qabil elə də yazır...”

Bir dəfə isə Qabillə Şamaxıya qonaq gedirlər. Məclisdən sonra Qabil onu 3-cü katibin evinə qonaq aparır. Bir azca içkili olan Qabil katibin uşaqlarının adı ilə maraqlanır. Biləndə ki, onun qızının birinin adı Hamilədir, çox əsəbləşir. Deyir, sənə bir həftə möhlət verirəm, gələndə görüm ki, qızın adını dəyişmisən. Bir həftədən sonra Qabil Salam Qədirzadəni də özü ilə götürüb Şamaxıya getmək istəyəndə Salam Qədirzadə imtina edib deyir: "Mən o əhvalatdan sonra o kişinin evinə gedə bilmərəm. Amma sonra öyrənrlər ki, kişi qızının adını dəyişib Samirə qoyub.

***

Bir neçə il əvvəl yazıçının ailəsi yazıçı Seymur Baycanı Salam Qədirzadənin əsərlərindən plagiatlıqda günahlandıraraq onu məhkəməyə verəcəyini deyiblər.

Yazıçıya heç bir fəxri ad verilməyib. Buna görə çox incik olub. Hətta bu situasiya onun səhhətinə də təsir edib. Bir neçə dəfə rəsmi orqanlara müraciət etsə də müsbət cavab vermirlər. Buna görə, əsəbiləşir, gərgin olur, siqareti daha çox çəkirdi. Bir gün isə insult keçirir. Sonradan xəstəliyi şiddətlənir, komaya düşür. Bir həftə komada qalandan sonra 1987-ci il noyabrın 15-də heç bir vəsiyyət etmədən 64 yaşında dünyasını dəyişir. Son kitabını “Hər gün ömürdən gedir” adlandırır. Bu kitabı görmək ona qismət olmur.

Oğuz 

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı