Başqasının haqqı olan evi alıb onun içində necə rahat yaşamaq olar? - AYB-nin ev siyahısı barəsində Yazarlar arasında SORĞU

Mədəniyyət 14:00 20.11.2023

Xəbər verdiyimiz kimi, mətbuat və sosial şəbəkələrdə Azərbaycan Yazıçılar Birliyinin bir qrup yazıçıya ev verdiyi, lakin siyahını açıqlamadığı bildirilir. Sonradan mediada ev alanların siyahısı yayımlandı. Məlumata görə, AYB-nın 21 üzvünə verilən mənzillərin əksəriyyəti 1-2 otaqlıdır. Lakin 3-4 otaqlı mənzillər də var. 21 mənzil əsasən, AYB-nın idarə aparatında çalışanlara, oradan dəfələrlə ev və maşın alanlara verilib. İddialara görə onların arasında elələri var ki, bu, AYB-dən aldığı üçüncü mənzildir. 

Ednews məsələ ilə bağlı qələm əhli arasında sorğu keçirib, yazıçıların bu barədə münasibətini öyrənib. Cavabları təqdim edirik: 

Xalq şairi Sabir Rüstəmxanlı: 

“Bütün ev alanları ürəkdən təbrik edirəm. Yeni evlərində xoşbəxt yaşasınlar. Ev gözləyənlərə də Allah qismət eləsin! Mən bu proseslərdən uzaq olduğuma görə başqa söz deyə bilmərəm”.

Yazıçı Aqil Abbas: 

“Kimliyindən asılı olmayaraq Allah ev alanların hamısına o evlərdə toy etməyi nəsib etsin, xoş günlər keçirsinlər. Hər halda yazıçıları qiymətləndiriblərsə, bundan gözəl nə ola bilər axı?! 20 nəfərin ev aldığı deyilir. 20 nəfər Yazıçılar Birliyinin bir faizi deməkdir. Anlayıram, yazıçılar arasında da pisi-yaxşısı var. Amma dövlət onu sevindirirsə, niyə narazı olmalıyıq?”

Yazıçı Səfər Alışarlı:

“Kitab çapının müstəqilləşməsilə AYB ideoloji yaradıcılıq idarəsindən yazıçıların məişət məsələlərilə məşğul olan bir quruma çevrildi. Sərt kapitalizm rejimində yazıçıların bu quruma ehtiyacı daha da artıb. Ancaq son onilliklərdə məlum səbəblər üzündən bu təşkilata üzvlük məsələsində ciddi problemlər yaranıb. Məncə, əsas iş bu sahədə aparılmalıdır.

Kimlərin necə ev aldığını hamı bilir. İstərdim ki, AYB-də ev siyahısı şəffaflaşdırılsın, rəhbərliyin üzvlər qarşısında hesabatlılığı Nizamnamə qaydalarına və qanuna uyğun olsun”.

Yazıçı Rasim Qaraca:

“Bilirsiniz, AYB-nin fəaliyyətini biz əvvəllər çox tənqid etmişik. Bütün məsələlər gəlib Anarın şəxsində ilişir. Bu adamın həm xalq, həm də hakimiyyət yanında etibarı böyükdür. İstədiyini edə bilər və onu heç kim sorğu-sual etməz. AYB-nin fəaliyyəti şəffaf deyil, 15 ildir prezident təqaüdü verilir, ancaq siyahı açıqlanmır, təqaüd kimlərə verilir, bilinmir. İndi ev məsələsində də belə. Dövlətin ədəbiyyat idarəçiliyi demokratik deyil. Sözün əsl mənasında ədəbiyyatımızın inkişafı, istedadların ortaya çıxması heç kimsə üçün maraqlı deyil. 5 nəfərə ev verib qalanlarını da gözləmə pozisyonunda müti halda saxlamaq sovetdənqalma ənənədir, bu şəkildə yazarları idarə etmək istəyirlər və idarə də edirlər. Məsələ burasındadır ki, yazarlarımızda da ləyaqət hissi qalmayıb, bunun əksi olsaydı baş verən özbaşınalığa etiraz edərdilər. Etiraz edənlər də ev ala bilməyənlərdir, öz şəxsi maraqları üçün bunu edirlər. Nəticə olaraq, ədəbiyyatımızda durğunluq davam edir və belə görünür ki hələ 5 il də davam edəcək, çünki Anar Allahdan 5 il möhlət istəyib”.

Şair Aqşin Yenisey:

“AYB-ni və Anarı Azərbaycanda müstəqillik dövrünün üçüncü nəsli tənqid edir. Mən artıq qocalmışam, gənc yazıçılar danışsın bu barədə”.

Şair Aqşin Evrən:

“Mən zamanında AYB, Xalq yazıçısı Anar haqqında danışmışam, yazmışam, müəyyən məsələlərin düzəldilməsi üçün təkliflər vermişəm. Amma bir neçə ildir, o mövzunu tam bağlamışam. 
Ev alanlara gəldikdə isə hər birinə cansağlığı arzulayıram. Qarğış-filan gördüm, bunlar doğru yanaşma deyil. Aralarında o evə layiq olanlar da var. Amma təbii, tragikomik vəziyyət də yaranıb: evi olub yenidən ev alanlar, haqqı çatmadan alanlar və s.

Əgər yazıçıya, şairə veriləsi mənzil həqiqətən də hansısa sürücüyə, dulusçuya, quşçuya və evləri olanlara verilibsə, görəsən, bu haqda nə demək olar? Bir də evi var ikən başqasının haqqı olan evi alıb onun içində necə rahat yaşamaq olar? 

Şəxsən bu suallar məni noyabrında 20-də dəhşətə gətirir. Bu dəhşətdən çıxmaq üçün birazdan Hərbi Qənimətlər Parkına gedəcəm”.

Yazıçı Orxan Həsəni:

“Azərbaycan yazıçısına ev vermək ədəbiyyata xidmət etmək deyildir. Elə bil ədəbiyyat industriyası qurmaq lazımdır ki, yazıçı yazdığı kitablar ilə evini özü qazansın. Görünür, iş görmək hələ heç kimə sərf etmir. Bu cür addımlar yazıçıları ələbaxan olmağa, mütiləşdirməyə, əzməyə xidmət edir.

Evi olan və ədəbiyyata dəxli olmayan şəxslərin ev almasına gəldikdə isə kim nə istəyir, onu da eləyir. Bu birinci dəfə deyil və Azərbaycan Yazıçılar Birliyi artıq bu sahədə xeyli peşəkarlaşmışdır”.

Oğuz

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Prezident və birinci xanım faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycanlıların xatirəsini ehtiramla anıblar
12:35 09.05.2025
Birinci vitse-prezident Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib
10:03 09.05.2025
Azərbaycan Prezidenti Almaniya Kanslerinə təbrik məktubu göndərib
09:52 09.05.2025
"Bakı ilə dialoqda vasitəçilərə ehtiyac yoxdur"
09:12 09.05.2025
“Sülhün kökləri” Təşkilatı “Sülh Yürüşü” təşkil edəcək
16:31 08.05.2025
ANAMA yanında İctimai Şuranın üzvləri regiona səfər ediblər
16:03 08.05.2025
"1948-ci ildən bəri Şri-Lanka rəhbərləri etnik münaqişəni “ötürmə” vasitəsinə çeviriblər"
15:21 08.05.2025
Laçında “Heydər Əliyev – Müstəqillik, Suverenlik və Şanlı Zəfər” mövzusunda konfrans keçirilib
12:52 08.05.2025
Sabah 30 dərəcə isti olacaq
12:44 08.05.2025
“Turkish Airlines” Pakistana uçuşları ləğv edib
12:41 08.05.2025
Livanda Azərbaycan Evi açılıb
12:32 08.05.2025
Əminə Ərdoğan “Beynəlxalq İslam Sənətləri” sərgisində Azərbaycan stendini ziyarət edib
12:29 08.05.2025
Ukrayna Prezidenti Anım və İkinci Dünya müharibəsində Qələbə Günü münasibətilə xalqa müraciət edib
12:15 08.05.2025
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib
12:08 08.05.2025
Qaxda silah-sursat aşkarlanıb
12:05 08.05.2025
Bu gün Avropa Liqasında finalçılar bəlli olacaq
12:02 08.05.2025
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası "Sən elə bir zirvəsən" adlı tədbir təşkil edib
11:57 08.05.2025
Pakistanın hava limanı yaxınlığında partlayışlar baş verib
11:52 08.05.2025
"Vyetnam Azərbaycan ilə əməkdaşlığı özünün strateji-siyasi xətti hesab edir"
11:47 08.05.2025
CNN: Hindistan və Pakistan arasında son illərin ən böyük hava döyüşü baş verib
11:35 08.05.2025
Azərbaycanın və Vyetnamın dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər
11:32 08.05.2025
Putinlə Szinpin arasında görüş başladı
11:28 08.05.2025
Azərbaycan və Almaniya arxeoloqları Ağalıqtəpə yaşayış yerində tədqiqat aparıblar
11:23 08.05.2025
Bakıda “Kənddən Şəhərə” həftəsonu yarmarkası təşkil olunacaq
11:20 08.05.2025
Qubada II Beynəlxalq folklor rəqs və yaradıcılıq festivalından
11:11 08.05.2025
Azərbaycan və Vyetnam arasında Biznes Şura yaradılır
11:06 08.05.2025
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun doğum günüdür
11:02 08.05.2025
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Şəhidlər xiyabanını ziyarət edib
11:00 08.05.2025
Vyetnamın KP MK-nın Baş katibinin xanımı İçərişəhərlə tanış olub
10:59 08.05.2025
Alimlər Britaniya sahillərində üzən qədim köpəkbalığı növü kəşf ediblər
10:53 08.05.2025
Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyi möhkəmlənir
10:30 08.05.2025
Azərbaycan və Vyetnam XİN başçıları strateji tərəfdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər
10:27 08.05.2025
“Aztelekom” bayrağı Heydər Əliyev zirvəsində dalğalanıb
10:22 08.05.2025
Yeni dövrün mübarək, azad Şuşa!
09:40 08.05.2025
Türk Dövlətləri Ali Məhkəmələrinin Konfransının Əsasnaməsi təsdiq edilib
09:23 08.05.2025
Alimlər Günəş sistemində doqquzuncu planetin mümkün namizədini aşkar ediblər
07:56 08.05.2025
KİV: İsrail və Türkiyə Azərbaycanın vasitəçiliyi ilə Bakıda danışıqlar keçirəcək
00:28 08.05.2025
Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür
00:00 08.05.2025
Bakıda "Azərbaycan-Türkiyə nəqliyyat və kommunikasiya əlaqələri haqqında elmi seminar keçirildi
17:50 07.05.2025
Mina sahələrində ümidlərin bərpası - Thembisa Fakude yazır...
14:31 07.05.2025
Hamısı