Məşhur müğənni Şakira İspaniyada 8 il 2 ay həbs cəzası tələb edilən vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib.
Ednews xəbər verir ki, sənətçi Barselona Əyalət Məhkəməsinin qərarı ilə razılaşıb.
Müğənninin üç il həbsi nəzərdə tutulsa da, müddət 7,3 milyon avro (təxminən 13 milyon 557 min 211 manat) cərimə ilə əvəz olunacaq.