Misirdə Heydər Əliyev haqqında yeni kitab nəşr olunub
Ednews xəbər verir ki, “Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi” münasibətilə Misirin paytaxtı Qahirədə Mərkəzi Asiya və Qafqaz işləri üzrə tədqiqatçı Əhməd Abdo Tarabikin “Heydər Əliyev düşüncəsində Ərəb və İslam dünyası” kitabı nəşr olunub.
Kitabın nəşr edilmə mərasimində kitabın müəllifi Əhməd Abdo Tarabik, həmçinin Azərbaycan Respublikasının Qahirədəki Səfirliyin əməkdaşları və Azərbaycan Respublikasının səfiri Elxan Poluxov iştirak edib.
Qeyd edib ki, kitabda Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Ərəb və İslam dünyası ilə əlaqələrinin bəzi məqamlarından bəhs edilir, həmçinin onlarla müxtəlif sahələrdə etdiyi əməkdaşlıqdan bəhs edilir.
Loğman Yunis